Dövlət çevrilişi edən admiral və generalın rütbəsi alındı – Qərar

fev-19
11:24 2020
Türkiyə prokurorluğu 12 sentyabr 1980-ci ildə ölkədə dövlət çevrilişinin təşkilatçılarından olan admiral Kənan Evren və general Təhsin Şahinqayanın mühakimə olunduğu məhkəmədə “çevriliş memarlarının rütbələrinin alınması və qazandıqları əmlaklarının müsadirə edilməsi” tələbini irəli sürüb.

Bununla yanaşı vəfat edən Kənan Evren və Təhsin Şahinqayanın mirasçıları “maaş bonusları, ordu evindən istifadə, təhlükəsizliyin təminatı” kimi haqlardan istifadə edə bilməyəcəklər.

Qeyd edək ki, Ali Məhkəmənin bu işlə bağlı qərarından sonra Ankara Ağır Cinayət Məhkəməsində yenidən proses başlayıb. Məhkəmə 2019-cu ilin 12 aprel tarixli qərarı ilə müttəhimlər Kənan Evren və Təhsin Şahinqayanın vəfat etməsi səbəbindən prosesin dayandırılması və hərbçilərin rütbələrinin alınması, əmlaklarının müsadirə edilməsi haqda qərar vermişdi.

Qeyd edilir ki, məhkəmə qərarı dövlət başçısına, parlament sədrinə, Ali Məhkəməyə göndərilib.

Daha sonra mühakimə edilən şəxslərin ölməsinə baxmayaraq qərarın təsdiqlənməsi tələb olunub.

Bundan sonra Hərbi cəza qanununun 30 və 31-ci maddələrinin tətbiqinə başlanılıb. Bu maddələr adıçəkilən hərbçilərin yüksək rütbələrdən mərhum edilməsini nəzərdə tutur. Beləcə, hər iki şəxsin (ölümündən sonra) yüksək rütbədən, imtiyazlardan və statusdan mərhum edilməsi ilə bağlı qərar verilib.

Xatırladaq ki, Kənan Evren Türk Silahlı Qüvvələrinin (TSK) 17-ci Baş qərargah rəisi olub. 1980-cı ilin 12 sentyabr tarixində dövlət çevrilişi edərək hakimiyyəti ələ alıb, 1980-1989-cu illərdə Türkiyə prezidenti postunu tutub.

2014-cü ildə Türkiyə məhkəməsi Türkiyə Konstitusiyasını, parlamentini ortadan qaldırmaqda ittiham edərək admirala ömürlük həbs cəzası verib.

Evren 2015-ci il mayın 9-da müalicə aldığı Gülhanə Hərbi Tibb Akademiyasında 97 yaşında vəfat edib. (reyting.az)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər