Rusiya dünən buna görə hücum etdi – ŞOK AÇIQLAMA

fev-19
10:53 2020
Zoloto ətrafındakı döyüşlər Ukraynaya hücum deyil, sadəcə, Kremlin Ukrayna Prezidenti Vladimir Zelenskiyə siyasi təzyiqidir.

Bu sözlər rusiyalı hərbi analitik Pavel Felgenhauerin “Obozrevatel” saytında dərc olunan məqaləsində yer alıb. O, Zelenskinin Donbas savaşının bitməsiylə bağlı verdiyi son bəyanatların Moskvanın xoşuna gəlmədiyini bildirib.

Felgenhauer bununla kimin situasiyanı nəzarətdə saxlamağa çalışdığını göstərdiyini söyləyib:

“Zoloto rayonundakı toqquşma kifayət qədər ciddidir, amma o, lokal xarakter daşıyır. Bu, Kiyevə və dünyaya edilən siyasi təzyiqdir. Kreml göstərdi ki, Zelenski Donbasdakı müharibəni bitirə bilməz. Yəni göstərməyə çalışırlar ki, bu onun gücündə deyil, müharibənin bitməsi haqqında Zelenskinin nə deməyindən asılı olmayaraq, Ukrayna Prezidenti situasiyaya nəzarət etmir”. (axar.az)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər