Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Göydəlləkli kəndində növbəti səyyar qəbul keçirib

fev-18
11:14 2020
Xeberci.info xəbər verir ki, fevralın 13-də Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev Göydəlləkli kəndində hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə səyyar qəbul keçirib.
RİH başçısı öncə ölkədə aparılan abadlıq-quruculuq işlərindən danışaraq 2019-cu ilin xalqımız üçün önəmli olduğunu, ölkə rəhbəri tərəfindən verilmiş sərəncam və tapşırıqların layiqincə yerinə yetirildiyini, ümumdaxili məhsulun 2,2 faiz, sənaye istehsalının 1,5 faiz, qeyri-neft sektorunun 14 faizdən çox artdığını və keçən il nəhəng sənaye müəssisələrinin istismara verildiyini, eyni zamanda kiçik və orta sahibkarlığın inkişaf etdiyini bildirib.
2019-cu ildə baş vermiş təbii fəlakət nəticəsində ziyan dəymiş fərdi yaşayış evləri ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən 01 iyun 2019-cu il tarixə kimi RİH-də qeydiyyata alınmış 3085 evə ilkin baxış keçirildiyini, 355 evə qəzalı, 512 evə bərpa-gücləndirmə, 2089 evə isə təmir rəyi verildiyini və hazırda bu sahədə işlərin davam etdiyini də vurğulayıb.
Səyyar görüşdə sakinlər tərəfindən kənd yollarının təmir edilməsi, ərazidə elektrik verilişi xətləri və dayaqlarının yenilənməsi barədə təkliflər səsləndirilib.
Görüşdə sakinləri narahat edən məsələlər ətrafında müzakirələr aparılaraq qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.


Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Göydəlləkli kəndində növbəti səyyar qəbul keçiribAğsu Rayon İcra Hakimiyyətinin başçısı Göydəlləkli kəndində növbəti səyyar qəbul keçirib

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər