Ağsuda şəhidin xatirəsi ehtiramla yad olunub

fev-26
14:16 2020
Ağsunun Padar kəndindən olan şəhid Rüfət Fətəlizadənin doğum günü uyuduğu rayon mərkəzindəki Şəhidlər məzarlığında ehtiramla yad olunub. Yaşasaydı, bu gün 25 yaşı tamam olardı... Rüfət Fətəlizadə 1995-ci il fevralın 17-də dünyaya göz açıb, 2014-cü il avqustun 10-da erməni qəsbkarlarına qarşı döyüşlərdə qəhrəmancasına şəhid olub.

Xeberci.info xəbər verir ki, şəhərdəki şəhidlərin uyuduğu qəbiristanlıqda keçirilən anım mərasimində rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin rəisi, polkovnik-leytenant Zaur Əliyev və şöbənin əməkdaşları, kənd sakinləri, şəhidin yaxınları, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ağsuda şəhidin xatirəsi ehtiramla yad olunub


Mərasimdə çıxış edənlər şəhidin qısa ömür yolundan, göstərdiyi qəhrəmanlıqlardan söz açıblar. Bildirilib ki, Ağsu rayonundan həqiqi hərbi xidmətə çağırılan Rüfət Fətəlizadə 8 ay sonra 2014-cü il avqustun 9-da cəbhənin Tovuz rayonu istiqamətindəki Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilib. Padar kəndində şəhidin barelyefi qoyulub, adına bulaq çəkilib.

Ağsuda şəhidin xatirəsi ehtiramla yad olunub


Torpaqlarımızın işğalından, erməni vəhşiliklərindən danışan natiqlər, bu gün regionun ən güclü silahlı qüvvəsi olan Azərbaycan Ordusunun düşmənə hər an layiqli cavab verməyə hazır olduğunu bildirib, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad ediləcəyini, şəhidlərimizin qanının yerdə qalmayacağını söyləyiblər.

Ağsuda şəhidin xatirəsi ehtiramla yad olunub


Mərasimdə şəhidin ruhuna dualar oxunub, məzarı üzərinə çiçəklər düzülüb.

Sonra iştirakçılar Padar kəndində Rüfət Fətəlizadənin yaşadığı evə gələrək, onun ev-muzeyi ilə tanış olublar.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər