İlham Əliyev reaksiya verdi — Paşinyan səhvinə görə üzr istədi

fev-16
12:02 2020
Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində Ermənistanın Baş naziri Nikol Paşinyanı pərt edib.
N.Paşinyan çıxış edərkən keçmiş Şaumyan rayonunun Dağlıq Qarabağa aid olduğunu bildirib.

Azərbaycan Prezidenti isə buna dərhal reaksiya verib.
“Şaumyan Dağlıq Qarabağa daxil deyil”, - deyə İlham Əliyev bildirib. N.Paşinyan mövzudan yayınmağa çalışsa da, İlham Əliyev bir daha ona keçmiş Şaumyan rayonunun Dağlıq Qarabağa aid olmadığını xatırladıb.

Əlacsız qalan Paşinyan etdiyi səhvə görə üzr istəyib.

Qeyd edək ki, Şaumyan rayonu 1930-cu ildə təşkil edilib. Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə 7 fevral 1991-ci ildə ləğv edilərək Qasım İsmayılov rayonunun tərkibinə daxil edilib. Qasım İsmayılovun adı isə dəyişdirilərək Goranboy olub.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər