Paşinyan Almaniyadan üzüqara dönür — Əliyevin faktları qarşısında mat oldu! - VİDEO

fev-16
11:57 2020
"Ermənilər işğal olunmuş torpaqlarımızda bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyublar. Onlar işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər. Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi yoxdur".
Prezidentin köməkçisi Hikmət Hacıyev Tvitter səhifəsində bildirib ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə söyləyib.

İlham Əliyev deyib ki, Nikol Paşinyan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş ərazilərindən erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan qətnamələrinin həqiqi mahiyyətini yanlış izah edir.

Azərbaycan Prezidenti sözlərinə əlavə edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana izah etməlidir ki, Dağlıq Qarabağ Ermənistanın deyil, dünyada heç bir ölkə Dağlıq Qarabağı tanımır:
"Azərbaycanın məcburi köçkünləri öz torpaqlarına qayıtmalıdır. İşğal edilmiş torpaqlardakı silahlı qüvvələrin 80 faizindən çoxunu erməni əsgərləri təşkil edir. Onlar düşünürlər ki, həmişəlik bu əraziləri saxlaya biləcəklər. Heç vaxt!

Biz bu münaqişəni mərhələli şəkildə həll etməliyik. Ərazilərin bir hissəsi azad edilməli və məcburi köçkünlər geri qaytarılmalıdır. Dağlıq Qarabağın statusu daha sonra müəyyən edilə bilər. Status Azərbaycanın ərazi bütövlüyünə zidd olmamalıdır"

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər