Türk əsgərləri mühasirədə: Akar əmr verdi

fev-12
10:04 2020
İdlibdə dörd türk müşahidə məntəqəsi və iki hərbi mövqe Suriya rejim qüvvələrinin nəzarəti altına düşüb.

Bu sözləri “Assoşieyted Press”ə açıqlamasında Türkiyə Müdafiə naziri Hulusi Akar deyib.

Buna baxmayaraq, Akar bildirib ki, Türkiyə 12 müşahidə məntəqəsindən birini də tərk etməyəcək.

“Biz dəfələrlə demişik: ordan əsgərləri çıxarmayacağıq. Onlar öz missiyalarını davam etdirəcəklər!” – Akar bildirib.

Nazirin sözlərinə görə, türk əsgərlərinə Suriya ordusunun hücumu zamanı daha sərt cavab tədbirləri görmək əmri verilib.

Qeyd edək ki, ötən gün türk ordusunun endirdiyi cavab zərbəsi nəticəsində Suriya rejim qüvvələrinin daha 51 əsgəri məhv edilib. /Axar.az/

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər