“Azərbaycanın xarici siyasətinin strateji ana xətti Heydər Əliyev tərəfindən cızılıb”

sen-11
11:23 2013
“Azərbaycanın xarici siyasətinin strateji ana xətti Heydər Əliyev tərəfindən cızılıb”


Elmar Məmmədyarov: “Azərbaycanın suverenliyinin təmin olunması Heydər Əliyev diplomatiyası vasitəsilə mümkün olub”

“Xarici siyasət və diplomatik fəaliyyət mahiyyət etibarilə ölkənin dost və müttəfiqlərinin sırasını genişləndirməli və erməni təcavüzünün qarşısını almaq üçün əlverişli beynəlxalq mühit formalaşdırmalı olduğu halda, məsuliyyətsiz addımlar sayəsində onsuz da çətinliklər burulğanında çırpınan respublika ətrafında tamamilə əlverişsiz diplomatik mühit formalaşdırılıb”

Bu fikirlər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, “Azərbaycan” qəzetinin bu günki sayında dərc olunmuş məqaləsində qeyd olunub.

Məqalədə qeyd olunur ki, keşməkeşli tarixi dövrdə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının israrlı təkidi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə həyata keçirilən milli dövlətçiliyin qurulması prosesi xarici işlər nazirliyi sistemini də əhatə edib: “Dahi və müdrik insanlar üçün xarakterik olan strateji, uzaqgörən baxışa və dərin düşüncəyə malik olan Heydər Əliyev tərəfindən Azərbaycanın xarici siyasətinin strateji ana xəttinin konturları cızılıb. Azərbaycanın müstəqilliyinin itirilməsi və Xalq Cümhuriyyətinin acı aqibətinin yenidən yaşanıla bilinəcəyi bir şəraitdə ölkəmizin yaxın və uzaq tarixi keçmişi, üzləşdiyi geosiyasi reallığı dərindən təhlil edilərək ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan xarici siyasət strategiyası ilk növbədə respublikamızın milli maraqlarının aydın və dəqiq şəkildə müəyyən edilməsini, bərabərhüquqlu, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qonşu dövlətlər və dünya birliyi ilə mehriban münasibətlərin qurulmasını ehtiva edir. Eyni zamanda, Avratlantik inteqrasiya xəttinin tutulmasını, uğurlu enerji və nəqliyyat infrastrukturları diplomatiyası vasitəsilə uzunmüddətli perspektivdə davamlı inkişafın əldə edilməsini, xarici siyasətimizin manevr imkanlarının və strateji dərinliyinin artırılmasını, ən əsası Ermənistanın Azərbaycana qarşı təcavüzünün məhəlli səviyyədən çıxarılaraq beynəlmiləlləşdirilməsini, işğalın nəticələrini aradan qaldırmaq üçün Ermənistana qarşı beynəlxalq siyasi təzyiqin gücləndirilməsini və son hədəf olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının təmin olunmasını özündə ehtiva edib. Qonşu dövlətlərlə mehriban münasibətlərin qurulması və eyni zamanda, Avratlantik inteqrasiya xəttinin tutulması, müstəqil enerji siyasətinin yürüdülməsi, Ermənistana qarşı beynəlxalq siyasi təzyiqlərin tətbiqinin formalaşdırılması və onun atəşkəsə vadar edilməsi, bununla da nəinki Azərbaycanın dövlətçiliyinin qorunması, hətta onun daha da möhkəmləndirilməsi zahirən qeyri-mümkün diplomatik gedişlər təsiri bağışlasa da, yalnız Heydər Əliyev diplomatiyası vasitəsilə mümkün olub. İstər həmin dövrdə, istərsə də bu gün bu strategiyanın yalnız bir qalibi var idi: Azərbaycan xalqı!”

Məqalə müəllifi yazır ki, son iki əsr ərzində Azərbaycan üçün əlverişli imkanlar vəd edən, amma eyni zamanda, ciddi təhlükə mənbəyi olan “coğrafiya, neft və geosiyasət” amilləri böyük məharətlə əlaqələndirilərək biri digərini tamamlayacaq formada vahid strategiya əsasında həyata keçirilib.

Nazirin sözlərinə görə, bu strategiya uzunmüddətli dövr və perspektiv gələcək üçün hazırlanıb ki, zaman keçdikcə onun bəhrələri daha aydın şəkildə ölkəmizin beynəlxalq miqyasda əldə etdiyi uğurlarında və sürətli inkişafında özünü göstərməkdədir: “Daxili və xarici siyasətin bir-birini üzvi şəkildə tamamladığı formada qurulmuş bu strategiya müstəqilliyimizin ilk dövrlərində daxili inkişaf üçün əlverişli xarici mühitin yaradılmasını özündə ehtiva edirdisə, artıq bu gün uğurlu daxili siyasət, o cümlədən ölkəmizin liberal-demokratik yolla inkişafı, siyasi sistemin sabitliyi, dövlətçiliyin möhkəmliyi, davamlı və sürətli iqtisadi çiçəklənmə xarici siyasət sahəsində əldə etdiyimiz nailiyyətlərin əsasını təşkil edir. Heydər Əliyev irsinə sadiq qalaraq son on il ərzində həyata keçirilən siyasi-iqtisadi islahatlar, səmərəli və düzgün dövlət idarəçiliyi nəticəsində Azərbaycanda iqtisadiyyatın real ifadədə 3 dəfədən artıq, dövlət büdcəsinin 19 dəfə artması, yoxsulluğun səviyyəsinin 49 faizdən 6 faizə enməsi, 1 milyondan artıq yeni iş yerinin açılması, xarici valyuta ehtiyatının 48 milyard dollardan artıq olması və Azərbaycanın ortagəlirli dövlətlər sırasında öncül mövqelərdən birini tutması respublikanın beynəlxalq arenada qətiyyətini daha da artırıb”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər