Kürdəmir Rayon Qarabucaq qəsəbəsində növbəti səyyar qəbul keçirilb

yan-30
13:56 2020
Yanvarın 30-da Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Qarabucaq qəsəbəsində əhali ilə növbəti səyyar görüş-qəbulu keçirilib.
Qəbulda rayonun Qarabucaq qəsəbə inzibati ərazi dairəsinə daxil olan Qarabucaq qəsəbə, Qarabucaq və Qurd Bayram kəndlərinin sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov görüş iştirakçılarını salamlayaq bildirdi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığına əsasən rayon icra hakimiyyətinin başçıları yerlərdə görüş qəbullar keçirir. Cənab Prezidentimizin vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması, onların problemlərinin həll edilməsi istiqamətində verdiyi tapşırıqların icrasına nail olmaq məqsədi ilə ərazilərdə təşkil olunan görüş-qəbullar əhali tərəfindən böyük rəğbətlə qarşılanır. Ceyhun Cəfərov yola saldığımız 2019-cu ilin rayonumuz üçün uğurlu keçdiyini, ötən ildə rayonumuzda müasir standartlara cavab verən Asan Xidmət Kompleksinin, Kürdəmir Xalça emalı müəssisəsinin, rayonumuzda məskunlaşmış məcburi köçkünlər üçün 563 mənzilli bütün sosial obyektləri olan şəhərciyin tikintisinın başa çatdırıldığını bildirdi. Ceyhun Cəfərov vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd yollarının yenidən qurulması ilə əlaqədar qarşıya qoyduğu vəzifələr Kürdəmir rayonunda da uğurla icra olunur.Belə ki, Kürdəmir rayonunda yerli əhəmiyyətli Şilyan-Qarasu, Pirili-Muradxan-Sor-Sor, Karrar–Bağman–Böyük Kəngərli kəndlərinin avtomobil yollarının tikintisi başa çatdırılıb, Yenikən-Dəyirmanlı avtomobil yolunun tikintisi davam etdirilir və Ərəbqubalı-Çöl-Qubalı-Məhərrəmli kəndlərini birləşdirən, uzunluğu 18 km olan yerli əhəmiyyətli avtomobil yolunun tikintisinə başlanılıb. Hazırda rayonda Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəzalı vəziyyətdə və istismara yararsız olan şəhər 7 saylı uşaq bağçası-körpələr evi sökülərək yerində 40 yerlik uşaq bağçası-körpələr evi , rayonun Yenikənd kəndində isə istismara yararsız tibb məntəqəsi sökülərək yenidən inşa edilir. ”BP” şirkətinin xətti ilə şəhər 6 saylı uşaq bağçası-körpələr evi əsaslı təmir olunur. Son illərdə rayon ərazisində 8 modul tipli məktəb binası quraşdırılıb, bundan əlavə Kürdəmir rayonunun E.Qurbanov adına Qarasu kənd tam orta məktəbi üçün 624 şagird yerlik yeni bina, şəhər 1 saylı tam orta məktəbinin binasında əsaslı təmir işləri aparılır.
Səyyar qəbulda sakinlərin suvarma su təchizatı, sosial müdafiə, kənd təsərrüfatı, torpaq məsələləri , əlavə örüş sahəsinin ayrılması, məşğulluq məsələləri ilə əlaqədar təklifləri və şikayətləri diqqətə çatdırılıb, onların hər biri barədə aidiyyəti təşkilatların rəhbərinə tapşırıqlar verilib, qaldırılmış məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapıb.
Sonda sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Kürdəmir Rayon Qarabucaq qəsəbəsində növbəti səyyar qəbul keçirilbKürdəmir Rayon Qarabucaq qəsəbəsində növbəti səyyar qəbul keçirilbKürdəmir Rayon Qarabucaq qəsəbəsində növbəti səyyar qəbul keçirilb

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər