General Süleymaninin qızı “Hizbullah” lideri ilə görüşdü…-FOTO+VİDEO

yan-29
10:24 2020
İranın İnqilab Keşikçiləri Ordusunun (“SEPAH”) Qüds korpusunun yanarın 3-də ABŞ tərəfindən qətlə yetirilmiş komandiri Qasım Süleymaninin qızı Zeynəb Süleymani Livanda “Hizbullah lideri Seyid Həsən Nəsrullahla görüşüb.
İsrailin “The Jerusalem Post” nəşrinin yaydığı məlumata görə, görüş yanvarın əvvəlində baş tutub.
Xəbərdə xatırladılır ki, atasının dəfn mərasimində Zeynab Süleymani hər birini “əmi” adlandırdığı Nəsrullahı, Yəmən üsyançı lideri Əbdül Malik əl-Xutini və Suriya prezidenti Bəşər Əsədi atasının qisasını almağa çağırıb. O, İranın ali dini lideri Ayətullah Əli Xameneyinin başçılıq etdiyi matəm toplantısında çıxış edən ilk qadın olub.
General Süleymaninin qızı “Tvitter”-də Nəsrullahla görüşün videosunu paylaşaraq belə bir şərh də yazıb: “Amerikanın və sionistlərin hörümçək yuvaları məhv ediləcək.”
Video-kadrlarda Zeynəbin barmağında atası general Süleymaninin ölüm anında barmağında olmuş üzüyə bənzər bir üzük də nəzərə çarpır. Qasım Süleymaninin qızının Hizbullah lideri ilə görüşü mehriban atmosferdə keçib. Lakin onlar arasındakı söhbətin konkret detalları açıqlanmır. (moderator.az)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər