“Sədərək”də sürücüləri cərimələyən polislər müəyyənləşdirildi

yan-28
15:08 2020
Bakının Lökbatan qəsəbəsi ərazisində, “Sədərək” ticarət mərkəzinin yaxınlığındakı dairədə avtomobilləri bilərəkdən cərimələyən yol polisləri ilə bağlı araşdırmalar aparılıb.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev BakuPost-a bildirib ki, faktla bağlı aparılan araşdırmalar zamanı hadisədə iştirak edən yol polisləri və cərimələnən avtomobilin sürücüsü müəyyən edilib:
“Ərazidə xidmət aparan Ekoloji postun inspektorları olub. Həmin inspektorlar dəvət edilərək izahatları alınıb. Artıq cərimələnən sürücü də müəyyən edilib və idarəyə dəvət edilib. Günün sonuna qədər araşdırmaların nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”.
Xatırladaq ki, sosial şəbəkələrdə yol patrul xidmətinin avtomobili “Sədərək” Ticarət Mərkəzinin yaxınlığındakı dairəyə bir neçə dəfə daxil olaraq yolda hərəkətdə olan avtomobilləri çaşdıraraq cərimələməsi barədə video yayılmışdı.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər