Xalq artisti: Ailə qurmayım deyə, kənddən çıxıb getdim — VİDEO

yan-28
08:49 2020
Xalq artisti Gülyanaq Məmmədova Xəzər TV-də yayımlanan “Ay Zaur” axşam şousunda şəxsi həyatı ilə bağlı səs-küyə səbəb olacaq açıqlamalar verib.
Proqramın aparıcısı Zaur Kamalın “Evdə kişinin üzünə dayanıb, stolun üstünə vurub, “Mən bu kənddən çıxacağam” demisiniz? Niyə kənddən çıxmaq istəyirdiniz?” sualına sənətçi bu cür münasibət bildirib:

“Mən kişinin qarşısında əlimi heç zaman stola vurmaram. Düzdür, onların arzusunu doğrultmadım. Oxumağım naminə kənddən çıxdım, getdim.
Ailə qurmağımı, xoşbəxt olmağımı istəyirdilər. Məni qohumuma, əzizimə ərə vermək istəyirdilər. Mən isə oxumaq istəyirdim. Atam da, anam da bilirdilər ki, mən nə qədər çox oxumaq istəyirdim.

Ailəni də hər zaman üstün tutmuşam. Hər zaman düşünürdüm ki, bir məqsədimə çatım, sonra ailə qurum. Gülyaz bacım mənə oxumağımda, bu sənətə gəlməyimdə çox dəstək olub. O mənim ilk müəllimim olub”. (oxu.az)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər