Çindəki tələbələrimiz niyə ölkəyə gətirilmir? – Nazir

yan-27
14:35 2020
Hazırda Çin Xalq Respublikasında ümumilikdə 500-ə qədər azərbaycanlı tələbə təhsil alır. Onlardan 62-si dövlət xətti ilə gedib. Virusun yayıldığı şəhərdə isə 7 tələbəmiz var.

Bu sözləri jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

C.Bayramov qeyd edib ki, epidemiyanın yayıldığı şəhərdəki tələbələrimizlə Azərbaycanın Çindəki səfirliyi əlaqə yaradıb:

“Bilirsiniz ki, epidemiyanın yayıldığı əraziyə giriş-çıxışla bağlı məhdudiyyət qoyulub. Hazırda orada 7 azərbaycanlı tələbə var. Səfirlik onların hər biri ilə əlaqə yaradıb.

Bizdə olan məlumata əsasən, 50-dən çox ölkə Çində olan tələbələrinin oradan çıxarılması üçün müraciət edib. Bununla bağlı Çinin Xarici İşlər Nazirliyi tədbir keçirəcək. Orada Çində təhsil alan tələbələrlə bağlı da məsələyə aydınlıq gətiriləcək. Biz də onların verəcəyi qərarı gözləyirik. Bu məsələ açıqlanandan sonra həmin şəxslərin çıxarıması ilə bağlı addım atıla bilər. Biz bu məsələni diqqətdə saxlamışıq”.

C.Bayramov bildirib ki, Azərbaycanda yaşayan çinli tələbələrlə bağlı heç bir problem qeydə alınmayıb. /Axar.az/

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər