Bəzi məktəblərdə şagirdlər üçün avtobuslar ayrılacaq

yan-27
11:48 2020
2020-ci ildə Bakının bir sıra məktəblərində şagirdlər üçün avtobuslar ayrılacaq.

Bunu Təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, bu istiqamətdə Bakı Nəqliyyat Agentliyi ilə danışıqlara və sıx əməkdaşlığa başlanılıb.

“Birgə səylərimiz nəticəsində 2020-ci ilin yeni tədris ilinə qədər Bakının bir sıra ərazilərində şagird sayı çox olan məktəblər üçün avtobus sisteminin təşkili gözlənilir.

Təbii ki, bütün məktəbləri birinci mərhələdə əhatə etməyəcəyik. Lakin layihənin gedişindən asılı olaraq iş davam etdiriləcək”.  /Oxu.Az/

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər