Kirayə mənzillərlə bağlı elektron müraciətlərin qəbulu niyə gecikir?- AÇIQLAMA

yan-24
14:31 2020
Prezident İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” Fərmanı tətbiq olunmağa başladığı gündən vətəndaşlar bir sıra problemlərlə qarşılaşıb.
Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə 22 yanvar tarixində başlanmış elektron müraciətlərin qəbulu prosesində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal çöküb.

Məsələ ilə əlaqədar Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yeganə Laçınzadə ilə əlaqə saxladıq.

Y.Laçınzadə elektron portalın nə vaxt açılacağı və vətəndaşların hansı tarixdən müraciət edə biləcəyi ilə bağlı Publika.az-ın sualına cavab olaraq bildirib ki, elektron portalda hazırda iş gedir: “Fəaliyyətə başlayanda mediaya məlumat veriləcək. Hələ ki, bu haqda əlavə məlumat verə bilmərik”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər