Tibbin fırıldaqçı adlandırdığı çöpçü: Həkimlər xəstələri özləri bizə yönləndirirlər — VİDEO

yan-24
08:58 2020
Müasir tibbin bu qədər inkişaf etdiyi bir dövr olmasına baxmayaraq, hələ də xüsusilə azyaşlı övladlarını çöpçü yanına aparan valideynlər kifayət qədərdir.
Qədim dövrlərdən bu günə kimi gəlib çatan bu ənənəyə görə, əgər uşaqda yüksək hərarət, qusma və bu kimi əlamətlər varsa və buna həkim də kömək edə bilmirsə, demək ki, hökmən çöpçü yanına aparmaq lazımdır.

Bəs tibbin qəbul etmədiyi, müəyyən işbazların uydurduqları ənənə adlandırılan çöpçülük doğrudan da müalicə üsuludurmu?

Məsələni araşdırmaq üçün paytaxt ərazisində fəaliyyət göstərən çöpçülərin məkanlarına yollandıq. Suallarımıza cavab almaq məqsədilə ona yaxın qapı döysək də, demək olar, onundan doqquzu qapını üzümüzə bağladı. Xeyli söhbət etdikdən sonra isə nəhayət ki, bir çöpçü xanım qısa olaraq məşğul olduğu işlə bağlı danışmaq qərarına gəldi. Uzun müddət ərzində çöpçülük fəaliyyəti ilə məşğul olan xanım bildirdi ki, tibb inkar edə bilər amma fakt olan odur ki, çöpçülük həqiqi müalicə üsuludur. Müsahibimiz bildirir ki, hətta bir çox həkimlər xəstələri özləri bizə yönləndirirlər.

Çöpçü xanım onu da əlavə etdi ki, çöp yalnız uşaqlarda olmur. Kifayət qədər yaşlı insanlar da var ki, çöp çıxarmaq üçün müraciət edirlər.
Söhbətimiz əsnasında buraya gələn müştərilər ilə də həmsöhbət olduq. Valideynlər bildirirlər ki, uşaqlarını bura gətirdikdən sonra xəstəlikləri tamamilə sağalıb. Hətta çöpü qalan uşağı həkimə göstərməyi mənasız hesab etdilər.

Həkim-terapevt Nahid Məhərrəmov isə nə çöpçülərin, nə də onların yanına gələn valideynlərin dedikləri ilə qətiyyən razılaşmadığını bildirir. Həkim deyir ki, dünyanın heç bir yerində belə müalicə üsulu yoxdur. Həkim çöpçülüklə məşğul olanların sadəcə sehrbaz olduqlarını bildirdi.

Aydın olan isə odur ki, illər keçsə də, hələ də çöpçüyə müraciət edənlərin sayında azalma yoxdur. Ən azından bunu çöpçülərin qapısının ağzında olan növbədən açıq-aydın görmək mümkündür. (oxu.az)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər