“Özünü buraxmış yaşlı deputatlar da geri çəkilsinlər” — Namizədliyini geri götürən Mais Səfərli

yan-24
08:42 2020
“Namizədliyimi geri götürməyimin əsas səbəbi gənclərə üstünlük verilməsi, onlara yol açılması prosesinə töhfə göstərməkdir”.

Bunu Modern.az-a açıqlamasında 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizədliyini geri götürən Milli Məclisin keçmiş deputatı, Yurddaş Partiyasının sədri Mais Səfərli deyib. O, Milli Məclisdə daha çox gənclərin təmsil olunmasına üstünlük verdiyini vurğulayıb:

“Hesab edirəm ki, Milli Məclisdə yaşlı insanlar da olmalıdır. Onların da təcrübəsinə, məsləhətlərinə böyük ehtiyac var. Amma bununla yanaşı, yeni baxışların, yeni fikirlərin parlamentə gətirilməsi prioritet olmalıdır. Ölkə başçısı da kadr siyasətində gənclərin bilik və təcrübələrinə üstünlük verir. Biz də bu kadr islahatlarını dəstəkləməliyik.

Gənclərin üstünlük təşkil etməsi Milli Məclisdə yaşlı deputatların olmaması anlamına gəlmir. Amma əvvəlki çağırış parlamentin özünü buraxmış yaşlı deputatlarının yenidən seçkilərə üz tutmasını məqbul hesab etmirəm. Baxmayaraq ki, mən özüm də o qədər yaşlı deyiləm. Amma düşünürəm ki, parlament yenilənməli, gəncləşməlidir. Bu baxımdan, mən mübarizəni dayandırmağa qərar verdim. Uzun illər Milli Məclisdə oturmuş, artıq pensiya yaşında olan deputatlar da, belə addımlar atsalar, daha məqsədəuyğun olar”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər