“Kirayə evlər” və “Sosial evlər” varlıların əmlak yatırımına çevrilir - FAKT

yan-23
13:48 2020
Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə 22 yanvar 2020-ci il tarixində başlanmış elektron müraciətlərin qəbulu prosesində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal artıq yüklənməyə məruz qalıb.
Dia.az xəbər verir ki, dəfələrlə Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) “Sosial ev”lərindən mənzil almaq istəyən Azərbaycan Elmlər Akademiyasının elmi işçisi Əpoş Vəliyev Bizimyol.info-ya bildirib ki, “Kirayə evlər” layihəsi ümidləri doğrultmadı.

“İki il əvvəl mənzil sahibi olmaq üçün MİDA-ya müraicət etdim. Həmin mənzillər aztəminatlı və imkansız ailələrin büdcəsinə uyğun formada təqdim edilsə də, sonradan şərtlərə əlavələr edildi. Müraciət edən şəxslərə həmin mənzillərin kvadratı maya dəyərindən bir neçə dəfə baha təqdim edildi və bununla da “güzəştli ev” sözündən əsər-əlamət qalmadı.

Üstəlik də satış zamanı xakerlərin və proqramistlərin müdaxiləsinin qarşısı alına bilmədi. “Güzəştli mənzil”lər mənzilə ehtiyacı olmayanların əmlak yatırımına çevrildi. MİDA-dan ümidimizi kəsəndən sonra “Kirayə evlər”i gözlədik. Amma çox təəssüflər olsun ki, bu evlərin şərtləri də elə ağırdır ki, aztəminatlı, imkansız ailələr çıxılmaz duruma düşüb. Əslində həmin evlərin kirayə qimətləri mənzil bazarından aşağı olmalı idi ki kirayədə yaşayanları cəlb etməliydi. Amma “Kirayə evlər”in şərti və qiyməti elə bahadır ki, imkansız və aztəminatlı ailələr üçün bu evlər də əlçatmazdır.

Kirayə mənzilin aylıq ödənişi 300 manatdan baha olmamalıdır. Çünki 300 manatdan baha olan halda aztəminatlı, imkansız ailələr bu imkandan yararlana bilməyəcək. Bir sözlə bu gedişlə imkansız, aztəminatlı ailələr kirayədə sürünməkdə davam edəcək”,-deyə Ə.Vəliyev bildirib.

Elmi işçi vurğulayıb ki, “Kirayə evlər”in qiymətlərinin real kirayə mənzil bazarındakı qiymətlərə uyğun olacağı deyilmişdi: “Amma mətbuatda səsləndirilən rəqəmlər real kirayə mənzil bazarındakı qiymətlərdən az qala iki dəfə çoxdur. Bu rəqəm hal-hazırda kirayə mənzildə yaşayanların büdcəsinə uyğun deyil. Ümid edirəm ki, həmin evlərin aylıq ödənişi yenidən nəzərdən keçiriləcək və real kirayə mənzil bazarındakı qiymətlərdən aşağı qiymətə təklif olunacaq”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər