Azərbaycanlıları belə qırdılar: Rus TV-sində şok – Video

yan-23
09:55 2020
Rusiyanın federal televiziya kanalının arxivindən tapılmış 2013-cü ilə aid görüntülər sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib.

Turkustan.info xəbər verir ki, 9 yanvar 2013-cü ildə “Rossiya 1” telekanalında nümayiş olunan “İmperiyanın əsgəri” sənədli filmində məşhur rusiyalı yazıçı və jurnalist Aleksandr Proxanov Qafanda azərbaycanlıların necə təhqirlərə, işgəncələrə məruz qalmaları və doğma torpaqlarından qovulmaları faktlarından söhbət açıb.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bir müddət əvvəl mənə Ermənistana, daha dəqiq desəm, azərbaycanlıların kompakt yaşadığı Qafan şəhərinə getmək nəsib oldu. Məhz orada mən erməni vəhşiliklərini öz gözlərimlə gördüm. Ermənilər azərbaycanlıları incidir, hətta onları sudan belə istifadə etməyə imkan vermirdilər. Onları döyə-döyə, öldürə-öldürə Qafandan qovdular. Bu faciə ilk etnik təmizləmə idi. Azərbaycanlılar – uşaqlar, hamilə qadınlar, yaşlı insanlar, kişilər – ayaqyalın, ac, susuz qarın üstündə qalaraq donmuşdular. Onlar öz doğma yurd-yuvalarından, torpaqlarından, kəndlərindən, bağlarından qovuldu”, – məşhur yazıçı qeyd edib.

O bildirib ki, bundan sonra Qarabağ müharibəsi başlayıb, ermənilər Azərbaycandan ayrılmaq, bu Azərbaycan ərazisini ələ keçirmək qərarına gəliblər:

“Qorbaçovun çirkin siyasətinin qurbanı olan dəhşətli bir müharibə… O demişdi ki, qoy bu ziddiyyətləri müharibə gedən respublikalar və xalqlar özləri həll etsinlər. Bu, çox böyük bir səhv və cinayət idi”.



/Axar.az/

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər