“Bakteriyaya məruz qalan toyuq ətini xlorla yuyub, dönər hazırlayırlar” – Sədrdən dəhşətli etiraf

yan-22
14:16 2020
“Son istifadə tarixi keçmiş toyuq ətini daha ucuz qiymətə antisanitar yerlərə satırlar. Əgər toyuq əti bakteriyaya məruz qalıbsa, o zaman onu xlorla yuyub, daha sonra dönər hazırlayırlar”.

“Sputnik Türkiyə” bildirir ki, bunu UDOFED ( Beynəlxalq Dönər Federasiyası) sədri Mehmet Mercan açıqlayıb.

O, toyuq dönərindən zəhərlənmələrin səbəbini də izah edib:

“Şişə keçirilmiş dönərin 12 saat ərzində, yəni səhər saat 12-dən gecə 12-dək davamlı olaraq bişirilməsi toyuğun bakteriya yuvasına dönməsinə və zəhərlənmələrin sayının artmasına səbəb olur. Toyuqların kəsildikdən sonra dönərxanalarda saxlanma müddət yalnız 4-5 gündür. Türkiyədə qida təhlükəsizliyi ilə bağlı yeni qanunlar qüvəyə mindikdən sonra dönər sahəsində də ciddi dəyişikliklər olacaq. Belə ki, şişə keçirilmiş dönərin hər 6 saatdan bir dəyişdirilməsi tələb olunacaq”. (yenisabah.az)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər