Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRORU – Tərtər çayı qurumağa başlayıb

yan-22
13:37 2020
Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji terror artıq yerli ermənilərin də narazılığına səbəb olur.

Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, Kəlbəcər rayonunda məskunlaşmış ekoloji fəal Aleksandr Kananyan rayon mərkəzi yaxınlığında, Tərtər çayı üzərində növbəti kiçik su elektrik stansiyasının tikilməsinə etiraz edib.

O buna görə aclıq aksiyasına başlayıb.

“İmperativ inkişaf – yol salınması, ev tikilməsi, məskunlaşmaya dəstək, kiçi və orta biznesə dəstək yerinə Qarabağdakı oliqarxlar onlarla su elektrik stansiyaları inşa olunur. Bölgənin 160 kilometr uzunluğunda əsas çayları artıq boru xətlərinin içindədir. Buna görə yüzlərlə kvadrat kilometr torpaq sahə susuzluqdan əziyyət çəkir, Kəlbəcər, Laçın kimi rayonların normal inkişafı və tam məskunlaşması acgöz oliqaxrlara görə baş tutmur”.

Kananyan Tərtər çayının sol qolunun quruduğunu, üzərində 4 su stansiyası fəaliyyət göstərən əsas çayda da sululuq dərəcəsinin azaldığını əlavə edir./Modern.az/

Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRORU – Tərtər çayı qurumağa başlayıb
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRORU – Tərtər çayı qurumağa başlayıb

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər