Azərbaycanda həbs edilən məşhur repçi azadlığa buraxıldı

yan-22
08:52 2020
Repçi Pərviz Quluzadə (Paster) azadlığa buraxılıb.

APA məlumatına görə, məşhur repçi ötən gün gündüz saatlarında cəza müddətini başa vuraraq azadlığa çıxıb.

Qeyd edək ki, bir ay öncə P.Quluzadə Binəqədi rayonu ərazisində narkotikin təsiri altında ictimai asayişi və ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlər edərkən polis tərəfindən saxlanılıb.

Binəqədi rayon Məhkəməsi tərəfindən P.Quluzadə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinərək barəsində 30 sutka həbs qərarı çıxarılıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər