Qripə yoluxmamaq üçün bunlara ƏMƏL EDİN

yan-21
08:12 2020
Qrip bir neçə günə keçən xəstəlik kimi görünsə də, bəzən ciddi fəsadlar törədib ölümcül ola bilir.
Ölkə.Az xəbər verir ki, bütün dünyada hava yolu ilə keçən qrip xüsusilə payız, qış aylarında daha çox müşahidə olunur. Qripə yoluxan bir çox insan bu xəstəliyin müalicəsini önəmsəməsə də, əslində, insan bədənində ağır fəsadlara səbəb ola bilər. Qrip virusu ən tez yayılan və insanı yoluxduran viruslardandır. Buna görə də qrip olan insanla təmasdan çəkinməli və həmin insanın əşyalarına, toxunduğu qapı, pəncərə dəstəklərinə toxunmaq olmaz. Uşaqları qrip viruslarından xüsusilə uzaq tutmaq lazımdır. Çünki onlar qripi böyüklərə nisbətən daha ağır keçirirlər. Əgər sağlam insan qripə yoluxubsa, iki həftə ərzində tam sağalma müşahidə olunur. Bu insanlar üçün qızdırma əleyhinə dərmanlar, ağrı kəsicilər, boğaz üçün həblər sağalmalarına kifayət edə bilər. Yox əgər qripə yoluxan xəstədə sağalma müşahidə olunmazsa, nəfəs darlığı, dodaqlarda, barmaqlarda göyərmə olarsa, qızdırma düşməzsə, səsdə xırıltı olarsa, dərhal həkimə müraciət olunmalıdır.

Belə ki, 16 yaşdan aşağı uşaqlar üçün temperaturu salmaq, ağrını kəsmək üçün aspirin istifadə olunmamalıdır. Əks halda ciddi fəsadlar əmələ gələ bilər.
Grip tedavi edilmediğinde kalıcı hasar bırakıyor

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər