Süleymani Türkiyəyə qarşı hücumlar hazırlayırmış

yan-16
12:01 2020
Qasım Süleymaninin öldürülməsi ilə bağlı gərginlik davam etməkdədir

ABŞ Senatına Qasım Süleymaninin öldürülməsindən sonra təqdim edilən bir sənəddə iranlı generalın İraq və Əfqanıstandakı ABŞ vətəndaşlarına istiqamətlənən hücumları ilə yanaşı, Türkiyəyə qarşı hücumlar planlaşdırdığı da iddia edilib. Turkustan.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Süleymaninin öldürülməsindən bir gün əvvəl ABŞ Senatına təqdim olunan sənəddə qeyd olunub.

Sənəddə diqqət çəkən əssas məqam Süleymaninin Yaxın Şərqdən kənarda da hücumlar planlaşdırması ilə bağlı iddialar olub. Belə ki, iddialara görə, iranlı generalın Türkiyə, Almaniya, Bosniya, Bolqarıstan, Keniya və Bəhreyn kimi ölkələrə qarşı da hücumlar planlaşdırdığı üzə çıxıb.

Süleymaninin planlaşdırdığı hücumların yer aldığı sənəddə başqa bir məlumata yer verilməsə də, ABŞ tərəfi İnqilab Keşiçiləri Korpusunun “Qüds” qanadı ilə mübarizəsini davam etdirəcəyini açıqlayıb. /ayna.az/

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər