SON DƏQİQƏ: ABŞ bazasına hücum başladı – Yaralılar var

yan-15
11:01 2020
İraqın paytaxtı Bağdadda yerləşən ABŞ-a məxsus “Camp Taci” hərbi bazasına raket zərbələri endirilib.

Bu barədə Röyters agentliyi məlumat yayıb. Məlumata görə, bazaya ardıcıl bir neçə raket atılıb. Şiddətli hücum nəticəsində bazanın təhlükəsizliyini təmin edən bir neçə hərbçi yaralanıb. Bəzi mənbələr yaralıların amerikalı, bəzi mənbələr isə iraqlı əsgərlər olduğunu yazır. Raket zərbələri ilə bağlı ərazidə partlayışlar davam edir.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməsə də, hücumun İran dəstəkli silahlılar tərəfindən təşkil olunduğu bildirilir.

Qeyd edək ki, iranlı general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ bazaları intensiv hücumlara məruz qalır.   /Publika.az/

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər