Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni təbrik etdi

yan-14
10:34 2020
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illiyi münasibətilə paylaşım edib.
Paylaşımda deyilir:
"Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur. Xoşbəxt müəllim Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmış canlı əfsanədir. O, əsl Azərbaycan ziyalısı kimi şəxsi keyfiyyətləri, biliyi, zəngin təcrübəsi, elmi və əməli fəaliyyəti ilə bütün xalqımızın səmimi sevgi və hörmətini qazanmışdır.

Bu əlamətdar gündə Xoşbəxt müəllimi 90 illik yubileyi və Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi olan "Heydər Əliyev" ordeni ilə təltif edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı diləyir və ən xoş arzularımı çatdırıram!".

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər