Ağsu rayonunda Səməndər Rzayevin 75 illiyi qeyd olunub

yan-13
08:12 2020
Ağsu Rayon İcra Hakimiyyətinin dəstəyi, mədəniyyət mərkəzinin və mərkəzi kitabxananın təşkilatçılığı ilə Əməkdar artist, Dövlət mükafatı laureatı Səməndər Rzayevin 75 illiyi qeyd olunub. Mərkəzi kitabxananın oxu zalında keçirilən tədbirdə ziyalılar, sənətkarın yaxın dostları, onun sənətini sevənlər iştirak ediblər.
Şəhər mədəniyyət evinin metodisti Eyvaz Bayramov vaxtilə Azərbaycan radiosunda “Bulaq” verilişinin aparıcısı kimi yadda qalan Səməndər Rzayevin həyat və yaradıcılığı barədə danışıb. Bildirib ki, 1945-ci il yanvarın 2-də Ağsu şəhərində dünyaya göz açan sənətkar 1964-1968-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Onun ilk sənət müəllimləri Rza Təhmasib, Mehdi Məmmədov, Ədil İsgəndərov və başqaları olub. Aktyor klassiklərdən M.F.Axundzadənin ”Müsyö Jordan və dərviş Məstəli şah” (Hatəmxan ağa), Hüseyn Cavidin “Xəyyam” (Xacə Nazim), “Knyaz” (Knyaz), “İblis” (İbn Yəmin), C.Cabbarlının “Aydın” (Balaxan), C.Məmmədquluzadənin “Dəli yığıncağı” (Fazil Küleyni), S.Vurğunun “Vaqif” (Vaqif), “İnsan” (Valentin) tamaşalarında müxtəlif xarakterli rolları məharətlə ifa edib.
Çıxış edənlər Səməndər Rzayevin “Evləri köndələn yar”, “Yollar görüşəndə”, “Sarıköynəklə Valehin nağılı” və digər televiziya tamaşalarında, “Babək”, “Babamızın babasının babası”, “Bağ mövsümü”, “Bəyin oğurlanması” filmlərində yaratdığı maraqlı obrazlar barədə danışıblar. 1986-cı il martın 27-də həyatının çiçəklənən dövründə dünyasını dəyişən Səməndər Rzayevin xidmətləri layiqincə dəyərləndirilib.
Tədbirdə sənətkarın uşaqlıq dostları, məktəb yoldaşları Seyfəddin Abdullayev, Nurulla Nuriyev, Cəmaləddin Zeynalov, Maarif Şikar uzaq illərin xatirələrini bölüşüblər.
Günel Şıxəliyevanın ifasında ağsulu yazar Sərvər Şahbəylinin “Üzün gülsün, ay Səməndər, haradasan” şeiri böyük maraqla dinlənilib. Sonda Səməndər Rzayevin yaradıcılığına həsr olunan videoçarx nümayiş etdirilib.

Ağsu rayonunda Səməndər Rzayevin 75 illiyi qeyd olunub

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər