Bakıda kütləvi dava: Polislər yaralandı

noy-25
12:13 2015
Bakıda kütləvi dava: Polislər yaralandı


























Faktla bağlı araşdırma aparılır

Bakıda sərxoş gənclərlə polis əməkdaşları arasında insident baş verib.

Xeberci.info “Report”-a istinadən xəbər verir ki, Səbail rayonu, Xəqani küçəsində sərxoş vəziyyətdə olan iki gənc ucadan danışmaqla, nalayiq sözlər işlətməklə vətəndaşları narahat etdikləri üçün ərazidə olan polis əməkdaşları onları intizama dəvət ediblər.

Sərxoş olan İmişli rayon sakinləri 1991-ci il təvəllüdlü Cahid Əliyev və qardaşı 1994-cü il təvəllüdlü Zahid Post Patrul Xidməti Bölüyünün polis serjantları 1996-cı il təvəllüdlü Fərid Rəfullayev və 1992-ci il təvəllüdlü Emin Atakişiyevə tabe olmayaraq müqavimət göstəriblər. Nəticədə sərxoş qardaşlarla polislər arasında insident baş verib. F.Rufullayev baş nahiyəsinin əzilmiş-deşilmiş yarası, E.Atakişiyev isə kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

C.Əliyev və qardaşı Z.Əliyev isə saxlanılaraq polis bölməsinə aparılıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər