“WhatsApp”da yeni virus aşkarlandı – Bu mesajları açmayın!

yan-07
12:09 2020
Son günlərdə “WhatsApp” mobil əlavəsində “Yeni il virusu” aşkarlanıb.

Baku.ws xəbər verir ki, mütəxəssislər istifadəçiləri xüsusi günlərdə “WhatsApp”a göndərilən təbrik mesajlarına qarşı diqqətli olmağa çağırır.

Yeni il bayramı ilə bağlı gələn mesajlarda virusa yoluxmuş veb saytların linki göndərilir. Hakerlər bu yolla istifadəçinin smartfon və ya kompüterindəki fərdi məlumatlara daxil olurlar.

Bununla yanaşı, reklamlar, şəxsi məlumat sorğuları və bəzi xidmətlər üçün üzvlük təklifləri də daim istifadəçinin qarşısına çıxır.

“Yeni il virusu” çox sadə bir hilə olsa da, bu tora düşənlər az deyil. “WhatsApp” ən məşhur mesajlaşma tətbiqidir və bu virusların proqram vasitəsi ilə yayılması çox asandır.

Mütəxəssislər diqqətli olmağı və tanımadığınız şəxslərdən “təbrik mesajları” adı ilə gələn bütün mesajları bloklamağı tövsiyə edir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər