Dünya çempionu Prezidentə təşəkkür etdi — FOTO

dek-30
14:01 2019
“Biz həmişə Cənab Prezidentin diqqət və qayğısını hiss etmişik. Dövlət başçsının heç bir idmançını diqqətdən kənarda qoymaması, onları fərdi qaydada mükafatlandırması bizim üçün stimuldur”.
Bu fikirləri "Ölkə.Az”a açıqlamasında Kiqboksinq üzrə dünya çempionu Bəhram Rəcəbzadə Prezident İlham Əliyevlə görüşü ilə bağlı təəssüratlarını bölüşərkən deyib: “Dövlət başçısı Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etdi. Mərasimdə mən də iştirak edirdim. Cənab Prezident bir sıra idmançılarla yanaşı mənə də mənzil hədiyyə etdi. Bilirsiniz ki, idmançının sosial problemlərinin olmaması onun uğur qazanmasında vacib şərtlərdən biridir. Dövlət başçısı həmişə idmançıların sosial rifah şəraitinin yaxşılaşdırılması üçün çalışır. Buna görə cənab Prezidentə minnətdarlığımı bildirirəm. Daim Azərbaycan bayrağını dalğalandırmağa çalışacaq, dövlət başçısını və xalqımızı qələbəblərlə sevindirəcəyəm”.

Xatırladaq ki, Bəhram Rəcəbzadə Bakıda “Orion” İdman Klubunun və Kikboksinq üzrə Azərbaycan Milli Komandasının üzvüdür. Kikboksinqin WAKO versiyası üzrə dünya çempionudur.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər