Ağsuda İcbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı maarifləndirici seminar keçirilib

dek-18
15:31 2019
Dekabrın 18-də Ağsu rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə icbari tibbi sığorta sisteminin tətbiqi barədə maarifləndirici seminar keçirilib. Tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olub.
Seminarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsləhətçisi Elvin Abbasov ölkə başçısı tərəfindən səhiyyə sistemində son illər aparılan uğurlu islahatların davamı kimi respublikada icbari tibbi sığortanın tətbiqinin səhiyyənin inkişafına töhfə verəcəyini vurğulayıb. Bildirib ki, icbari tibbi sığortanın tətbiqi səhiyyə sahəsində islahatların tərkib hissədir. İcbari tibbi sığortanın tətbiqi məqsədilə görülən işlər vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasını, səhiyyə sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini və maddi rifah halının yaxşılaşmasını təmin edəcək.
Vurğulayıb ki, ilkin mərhələdə tibbi xidmətlərin keyfiyyət standartlarının hazırlanması və bunun tətbiqi ilə bağlı treninqlərin keçirilməsi ən vacib məsələlərdən biridir. Təqdirolunası haldır ki, dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Agentlik Səhiyyə Nazirliyi ilə birgə tibb müəssisələri üçün keyfiyyət standartları üzərində işə başlayıb. Bu keyfiyyət standartlarının hər il sayının artırılması nəzərdə tutulur.
Həmçinin iştirakçılara icbari tibbi sığortanın xidmətlər zərfi, sığortahaqları, azadolma məbləği və s. barədə geniş məlumat verilib. Eyni zamanda bildirilib ki, imtiyazlı əhali qrupları sığorta haqqından azaddır.
Sonda iştirakçıları maraqlandıran suallara cavablar verilib.

Ağsuda İcbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı maarifləndirici seminar keçirilibAğsuda İcbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı maarifləndirici seminar keçirilibAğsuda İcbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı maarifləndirici seminar keçirilibAğsuda İcbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı maarifləndirici seminar keçirilib

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər