Kürdəmirin Qarabucaq qəsəbəsinə təbii qaz verilib

dek-13
14:09 2019
Yeni il ərəfəsində Kürdəmir rayonunun 1609 nəfər əhalisi olan Qarabucaq qəsəbə sakinlərinə gözəl bir hədiyyə verilib. Belə ki, qəsəbədə qazlaşdırma işləri başa çatıb və əhali təbii qazla təmin edilib. 280 fərdi mənzil olan qəsəbənin qazlaşdırılması birpilləli sistem üzrə aparılıb, ümumilikdə 26964,53 metr müxtəlif diametrli daşıyıcı və yerüstü borudan istifadə olunub. Fərdi mənzilin hər birinə qaz sayğacı və tənzimləyici quraşdırılıb. “Azəriqaz” İstehsalat Birliyinin hesabına hər bir mənzilin mətbəxinə daxili qaz xətti çəkilib.
Rayonun iri yaşayış məntəqələrindən olan Qarabucaq qəsəbəsinə təbii qazın verilməsi ilə əlaqədar dekabrın 13-də açılış mərasimi keçirilib. Mərasimdə rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov çıxış edərək sakinləri təbrik edib, Azərbaycanda həyata keçirilən ardıcıl və məqsədyönlü sosial layihələrdən, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə bölgələrdə, o cümlədən Kürdəmirdə reallaşdırılan layihələrdən danışıb. Qeyd olunub ki, hazırda Kürdəmir şəhəri də daxil olmaqla 62 yaşayış məntəqəsindən 60-da təbii qaz yanır və 21317 abonent “mavi yanacaq”dan istifadə edir ki, bu da rayon əhalisinin 99,4 faizini təşkil edir. Rayonda qazlaşdırılmayan yalnız iki kənd - Qarabucaq və Qurdbayram kəndləri qalıb ki, hazırda bu yerlərdə layihə-smeta işləri görülür. Gələn il rayonun bütün yaşayış məntəqələri təbii qazla tam təmin ediləcək.
Mərasimdə Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Namiq Məmmədov çıxış edərək ölkə başçısının tapşırığı ilə respublikamızın, o cümlədən regionun bütün yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıb.
Kənd sakinləri Rəhman Mikayılov, Seyidhüseyn Qasımov, Dilarə Kərimova çıxışlarında yeni il ərəfəsində təbii qazın verilməsi ilə əlaqədar sevinclərini ifadə edib, insanların güzəranının
yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda mərasim iştirakçılarının alqışları altında rəmzi məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.

Kürdəmirin Qarabucaq qəsəbəsinə təbii qaz verilib

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər