SOCAR Gürcüstanda 70 məscidi təmənnasız qazla təmin edir — FOTO

dek-13
14:06 2019
“Socar Georgia Gas” şirkətinin Gürcüstanda təmənnasız qazla təmin etdiyi məscidlərin sayı 70-ə çatıb”.
Report xəbər verir ki, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri şeyx Hacı Ramin İgidov rəhbərlik etdiyi qurumun illik hesabatının təqdimat mərasimində bildirib.

O deyib ki, Gürcüstanda 330-a yaxın məscid var ki, onların 205-i dövlət qeydiyyatına alınaraq GMİ-nin səlahiyyətinə verilib.

GMİ sədri digər məscidlərin də dövlət qeydiyyatına alınması ilə bağlı işlərin davam etdirildiyini diqqətə çatdırıb.

R.İgidov bu il ərzində GMİ tərəfindən 34 məsciddə təmir işlərinin aparıldığını, üç məscidin xalça, səsgücləndirici və digər avadanlıqlarla təmin edildiyini bildirib. O həmçinin idarənin hesabat dövründə həyata keçirdiyi xeyriyyə və digər tədbirlər barədə də ətraflı məlumat təqdim edib.
GMİ rəhbəri çıxışında Gürcüstanın bəzi bölgələrində məscidlərin inşasına ehtiyacın olduğunu deyib. Onun sözlərinə görə, Dmanisi və digər rayonlarda yeni məscidlərin inşası ilə bağlı rəsmi dövlət qurumlarına müraciətlər edilsə də, hələ də cavab alınmayıb: “Məscidlərin tikilməsinə müsbət qərar verilməli və müsəlmanların ibadət etmək hüquqları təmin olunmalıdır”.

Mərasim çərçivəsində GMİ-nin 2019-cu il üzrə fəaliyyətini əks etdirən çarx nümayiş etdirilib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Sərxan İsmayılov, Türkiyənin Gürcüstandakı səfirliyinin Dini məsələlər üzrə müşaviri Əhməd Erdəm, GMİ-nin müftisi Hacı Yasin Əliyev və müxtəlif bölgələri təmsil edən müsəlman din xadimləri iştirak ediblər.

SOCAR Gürcüstanda 70 məscidi təmənnasız qazla təmin edir — FOTO
SOCAR Gürcüstanda 70 məscidi təmənnasız qazla təmin edir — FOTO
SOCAR Gürcüstanda 70 məscidi təmənnasız qazla təmin edir — FOTO

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər