ABŞ Senatı "erməni soyqırımı" layihəsini qəbul etdi — Vəziyyət yenidən gərginləşir

dek-13
08:50 2019
ABŞ Senatı qondarma erməni soyqırımı adlı qətnamə layihəsini qəbul edib.
Baku.ws xəbər verir ki, qətnaməni demokrat senator Robert Menendez və respublikaçı senator Ted Kruz təqdim ediblər.

Qanun layihəsi ilə bağlı Senatın Baş Məclisində keçirilən iclasda iştirak edən senatorlardan etiraz edən olmayıb.

Qeyd edək ki, bundan əvvəl respublikaçı senatorlar Lindsey Graham və daha sonra David Perdue səsvermənin qarşısını almışdılar.
Oktyabrın 29-da isə Nümayəndələr Palatasının Baş Məclisi 11 senator əleyhinə, 405-i isə lehinə səs verməklə 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyan qətnamə qəbul etmişdi.

Bildirilib ki, bütün bunlardan sonra qətnamə layihəsi ABŞ Prezidenti Donald Trampa təqdim ediləcək.

Onu da xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtona səfəri zamanı Nümayəndələr Palatası tərəfindən Osmanlı İmperiyasındakı "erməni soyqırımı"nın tanınmasının Türkiyə-Amerika münasibətlərinə kölgə saldığını bildirmişdi.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər