Pula görə sevgilisinin üstünə benzin töküb yandırdı — Azərbaycanda DƏHŞƏT - VİDEO

dek-12
11:39 2019
Azərbaycanda kişi pula görə sevgilisini yandırıb.
Baku.ws xəbər verir ki, Əflatun Ələkbərov adlı şəxs qeyri-rəsmi nikahda yaşadığı Tovuz rayonunun Əlibəyli kəndi yaşayan Nişanə Bayramovanın üstünə benzin tökərək yandırıb.

Hadisə 15 noyabr 2018-ci ildə baş verib. Sevgililər arasında münaqişə pul üstündə düşüb. Belə ki, Əflatun Nişanənin qazandığı pul ilə özünə avtomobil alıb. Qadın pulu geri istədikdə dava düşüb və nəticədə bu cinayət baş verib.
Qadının üzü, əlləri, sinəsi, çiyinləri, bir sözlə açıqda olan bədən hissələri ağır dərəcəli bədən xəsarətləri alıb. N.Bayramova yanıq xəsarətlərinin plastik əməliyyat yolu ilə aradan götürülməsi üçün "Səni axtarıram" proqramına çıxıb. Xoşqədəm Hidayətqızı ona kömək edəcəyinə söz verib.

Nişanənin üzünü və bədənini yandıran Əflatun bu cinayəti törətdiyinə görə 11 il 3 ay azadlıqdan məhrum edilib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər