Dönərxanalara yararsız toyuq əti paylayan sexdən — İYRƏNC GÖRÜNTÜLƏR

dek-12
11:32 2019
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olan məlumata əsasən Gəncə şəhəri, 1-ci mikrorayon, Fərhad Əliyev küçəsində fəaliyyət göstərən toyuq emalı sexinə yoxlama keçiriblər.
AQTA xəbər verir ki, yoxlama zamanı müəssisənin antisanitar şəraitdə, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət etmədən və qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi müəyyən olunub.

Məlum olub ki, müəssisə yüksək riskli məhsullar qrupuna daxil olan toyuq ətini (budunu) emal edərək müxtəlif dönərxanalara paylanması zamanı normativ sənədlərin tələblərinə əməl etmir.

Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub.
Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

Dönərxanalara yararsız toyuq əti paylayan sexdən — İYRƏNC GÖRÜNTÜLƏR
Dönərxanalara yararsız toyuq əti paylayan sexdən — İYRƏNC GÖRÜNTÜLƏR
Dönərxanalara yararsız toyuq əti paylayan sexdən — İYRƏNC GÖRÜNTÜLƏR
Dönərxanalara yararsız toyuq əti paylayan sexdən — İYRƏNC GÖRÜNTÜLƏR

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər