Sərxoşlar, siqaret çəkənlər, telefonla danışanlar – AZAL onları”qara siyahı”ya saldı

dek-12
10:14 2019
“Hazırda “Azərbaycan Hava Yolları”nın (AZAL) “Arzuolunmaz sərnişinlərin siyahısı”na 176 nəfərin adı daxildir”. Bunu AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.
AZAL rəsmisinin sözlərinə görə, 2017-ci ildə “Arzuolunmaz sərnişinlərin siyahısı”ndan 49 nəfər, 2018-ci ildə 7 nəfərin adı çıxarılıb.

P.Kəsəmənski qeyd edib ki, sərnişinlər aviasiya təhlükəsizliyinin müəyyən olunmuş normaları, qaydaları və tələblərini pozduğu halda məsuliyyət daşıyır:

“Hava gəmisinin göyərtəsində sərnişinin davranışı digər sərnişinlər, əşyalar, hava gəmisi və ya onun ekipajı üçün təhlükə törətməməlidir. Uçuş zamanı hava gəmisində sərnişinlərə siqaret çəkmək, göyərtədə sərxoş vəziyyətdə olmaq, təyyarənin qalxması və enişi zamanı elektron vasitələrdən istifadə etmək qadağandır. Telefon cihazından yalnız uçuş rejimini aktivləşdirdikdə istifadə etmək mümkündür. Sərnişin bu qayda pozuntularına yol verdikdə ona qarşı akt tərtib olunur və o, aviaşirkətin “Arzuolunmaz sərnişinlər siyahısı”na daxil edilir.

“Azərbaycan Hava Yolları”nın (AZAL) “Arzuolunmaz sərnişinlərin siyahısı” ilə aviaşirkətin saytında tanış olmaq mümkündür. Saytda bununla bağlı xüsusi bir bölmə mövcuddur ki, burada sərnişinin adı, soyadı və pasport nömrəsini yazaraq, onun “arzuolunmaz şəxs” kimi siyahıda olub-olmamadığı və əgər siyahıya daxil edilibsə, bunun hansı səbəbdən edildiyi barədə məlumat almaq mümkündür”. /Modern.az/

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər