Kürdəmirdə son aylar həyata keçirilən işlər danılmazdır - ÖZƏL

dek-11
11:41 2019
Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibətilə tədbir keçirildi

Kürdəmirdə son aylar həyata keçirilən işlər danılmazdır - ÖZƏL


Ümummilli Lider Heydər Əliyevin Anım Günü münasibətilə dekabrın 10-da Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının Qadınlar Şurasının tədbiri keçirilib.
YAP Kürdəmir rayon təşkilatının qərargahında keçirilən tədbirdə YAP rayon təşkilatının sədri Ağali Kərimli, YAP rayon təşkilatının Qadınlar Şurasının üzvləri, fəal qadınlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Sonra dəyirmi masa YAP rayon təşkilatının akt zalında öz işinə başladı. Tədbir iştirakçıları əvvəlcə dahi şəxsiyyət, Ulu Öndərimiz Heydər Əliyevin nurlu və əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Hacıyeva açıb. O, bildirib ki, dekabrın 12-də müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli Liderimiz Heydər Əliyevin vəfatından 16 il ötür.Tarixi şəxsiyyət olan Ulu Öndərimiz bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti – Azərbaycanı bizə ərmağan etdi. Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır.
Sevda Hacıyeva qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan qadınlarının həyatında inqilabi bir dövr idi. 1969-cu ildən sonra Azərbaycan qadınları yeni bir tarixi dövrə qədəm qoydular. İctimai həyatın bütün sahələrində Ulu Öndərin göstərişi ilə qadınların savadlanması, icimai həyatda fəallığı, xüsusilə işləyən qadınların iş şəraitinin yaxşılaşdırılması, onların əməyinə yüksək qiymət verilməsi, qızların oğlanlarla bərabər təhsil alması Azərbaycan qadınının bugünkü inkişafının təməlini qoydu.
Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi və tarixi zərurətdən doğan qayıdışı ilə yenə də Azərbaycan qadınlarını müharibənin törətdiyi dəhşətlərdən, aclıq və səfalətdən xilas etdi.Ulu Öndər xilaskar missiyası ilə Azərbaycan qadınlarının milli-mənəvi və əxlaqi dəyərlərini, analıq şərəfini özünə qaytardı və Azərbaycan qadınına bu qloballaşan dünyamızda özünü təsdiq etmək və imkanlarını inkişaf etdirmək reallığı verdi.
Tədbirdə rayon YAP rayon təşkilatının idarə heyəti üzvü, şəhər 6 saylı tam orta məktəbin direktoru,Əməkdar müəllim Elmira Şıxəliyeva, Heydər Əliyev Mərkəzinin direktoru, rayon təşkilatının idarə heyəti üzvü Dürriyə Seyidova , rayon təşkilatının Qadınlar Şurasının idarə heyəti üzvü, Uşaq – İncəsənət məktəbinin direktoru Qəndaf Zülfüqarova , rayon təşkilatının Qadınlar Şurasının idarə heyəti üzvü, N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyinin Aran şöbəsinin müdiri Yaqut Əşrəfova, Qadınlar Şurasının idarə heyəti üzvü, Kürdəmir rayon Mərkəzi Kitabxanalar Sisteminin direktoru İradə Mahmudova çıxış ediblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, müstəqil Azərbaycan quruculuğu yolundakı şərəfli mübarizəsi, bütün dünya tərəfindən qəbul edilən böyük siyasətçi və liderlik titulları barədə geniş fikirlər söyləyiblər. Natiqlər Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə Azərbaycan qadınlarının ictimai fəallığının artdığını, elmdə, təhsildə, səhiyyədə, mədəniyyətdə , iqtisadiyyatda, kənd təsərrüfatında qadınların böyük uğurlara imza atdıqlarını qeyd etdilər. Onu da qeyd etdilər ki, bütün bu uğurların, icimai fəallığın arxasında Heydər Əliyev qayğısı, Azərbaycan dövlətinə məhəbbət və Azərbaycan qadınına hörmət və qayğıkeşlik dayanırdı.
Sonda YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli çıxış edərək bildirir ki, bütün varlığı ilə Azərbaycana və azərbaycançılığa xidmət edən dahi rəhbərimiz əbədiyyətə qovuşmağı ilə də xalqımızı birləşdirdi. Öz ideyaları ətrafında xalqımızı birləşdirən Ümumilli Lider Heydər Əliyevin müqəddəs ruhu bu gün bizi bütövləşdirir və mətinləşdirir. Bu gün Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf edərək yeni-yeni uğurlara imza atır.

Kürdəmirdə son aylar həyata keçirilən işlər danılmazdır - ÖZƏL


Kürdəmirin Qarasu kəndində təhsil ocağı üçün yeni bina tikilir

Kürdəmirdə son aylar həyata keçirilən işlər danılmazdır - ÖZƏL


Kürdəmir rayonunun E.Qurbanov adına Qarasu kənd tam orta məktəbi üçün 624 şagird yerlik yeni binanın inşasına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd məktəbi üçün təzə bina Təhsil Nazirliyinin sifarişi ilə tikilir. Binanın bünövrəsində hazırda bərkitmə işləri aparılır.

Tikilməkdə olan yeni təhsil ocağı üçmərtəbəli olacaq. Bina müasir arxitektura üslubunda inşa edilir.

Kənd məktəbi üçün təzə binanın gələn ilin noyabr ayında istifadəyə verilməsi nəzərdə tutulub.

Bir gündə 650 min ağac əkək: Kürdəmir sakinləri genişmiqyaslı kampaniyada fəal iştirak edirlər

Kürdəmirdə son aylar həyata keçirilən işlər danılmazdır - ÖZƏL


Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü respublikamızda, o cümlədən Kürdəmir rayonunda da böyük razılıqla qarşılanıb. Dekabrın 6-da Kürdəmir rayon sakinləri də bu genişmiqyaslı kampaniyaya həvəslə qoşulub, qabaqcadan müəyyən olunmuş ərazilərdə rayonun iqliminə uyğun 5 mindən çox ağac tinginin əkilməsində iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyev tərəfindən İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması görkəmli şairin ədəbi irsinin təbliği və öyrənilməsində yeni imkanlar açıb. Həmçinin “Nəsimi ili” çərçivəsində ölkəmizdə və dünyada bir sıra mühüm tədbirlər də keçirilir.

Kürdəmirdə son aylar həyata keçirilən işlər danılmazdır - ÖZƏL

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər