İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL

dek-11
09:35 2019
İsmayıllı şəhər Mədəniyyət Mərkəzində keçirilən “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi ümummilli liderin anım gününə həsr edilib

İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın qurucusu,dövlətimizin iqtisadi, sosial, hərbi, ideoloji əsaslarını fədakarlıqla yaradan Heydər Əliyev həm sovet dövründə, həm müstəqillik ərəfəsində, həm də müstəqillik dövründə xalqımız, dövlətimiz qarşısında misilsiz xidmətlər göstərmişdir.
Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyinə gedən yol da Ulu öndərin adı ilə bağlıdır. O dahi şəxsiyyət həm də milli xilaskarımızdır. Azərbaycan xalqının taleyi yad əllərə düşəndə, müxtəlif ranqlı rəhbərlər fərarilik edəndə millətə, ölkəyə, yenicə zəif müstəqillik addımlarını atan dövlətimizə ümummilli liderimiz Heydər Əliyev sahib çıxdı. Hakimiyyətə gəlməyin yeganə yolunu seçkilərdə görən Ulu öndərimiz Yeni Azərbaycan partiyasını yaratdı.Ömrünün qalan hissəsini xalqına bəxş edən Heydər Əliyev dünyasını dəyişən ərəfədə də xalqını düşündü, onun tale məsuliyyətini özü qədər inandığı cənab İlham Əliyevə tapşırdı. Artıq 16 ildir ki, ümummilli liderin dövlətçilik fəlsəfəsi və Azərbaycançılıq ideologiyası cənab Prezident İlham Əliyevin fəaliyyətində yaradıcılıqla davam etdirilir, Azərbaycanı Beynəlxalq miqyasda tanıdır,təsdiq edir
Bu fikirləri “Heydər Əliyev idarəetmə məktəbi”nin geniş tərkibli məşğələsində İdarəetmə məktəbinin təsisçisi, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov dinləyicilərin diqqətinə çatdırıb.
“Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və Azərbaycançılıq ideologiyası Prezident İlham Əliyevin rəhbərlik fəaliyyətinin əsasıdır” mövzusuna həsr olunmuş məşğələ başlamazdan əvvəl iştirakçılar Heydər Əliyevin siyasi və ideoloji irsini, həyat və fəaliyyətini,bölgələrə səfərlərini əks etdirən sərgiyə baxıblar, filmə tamaşa ediblər.
Əbədiyyətə qovuşmuş Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP rayon təşkilatının aparat rəhbəri Anar Nəbiyev, şəhər 5 saylı tam orta məktəbin müəllimi Nailə Abdullayeva,rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov, gənclərin inkişafı və karyera mərkəzinin direktor əvəzi İsmayıl Faxtiyev, rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Namiq Kərimov əsas mövzudan doğan müxtəlif istiqamətli çıxışlar ediblər.
Rayon təhsil şöbəsinin keçirdiyi inşa yazı müsabiqəsinin I,II,III yeri tutan qalibləri mükafatlandırılıb. Ümummilli liderə həsr olunmuş inşa yazı müsabiqəsində birinci yerə layiq görülən Buynuz kənd tam orta məktəbinin şagirdi Nəsirzadə Ayna inşa yazısını təqdim edib.

İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL
İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


İsmayıllı RİH başçısı məcburi köçkünləri qəbul edib

İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


İsmayıllı rayonunda məcburi məskunlaşmış köçkünlərin problemləri və qayğıları həmişə rayon rəhbərliyinin diqqətindədir. Rayonda məşkunlaşmış Laçın rayonundan olan bir qrup məcburi köçkün yaşadıqları ərazidə yaranmış mövcud torpaq və digər problemləri ilə bağlı rayon rəhbərliyi ilə görüşmək üçün müraciət ediblər. Köçkünlərin müraciəti ilə əlaqədar 09.12.2019-cu il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov onları növbədənkənar fərdi qaydada qəbul edib. Qəbulda İsmayıllı şəhər bələdiyyəsinin sədri Pərviz Ağayev, RİH-nin məsul işçiləri və Dövlətqaşqınkomun İsmayıllı rayonu üzrə nümayəndəsi Tahir Əliyev iştirak ediblər. Köçkünlərin problemləri dinlənildikdən sonra RİH başçısı mövcud problemlərin həlli ilə əlaqədar tapşırıqlarını verib.

İsmayıllı sakinləri Nəsiminin 650 illiyi ilə əlaqdar 650 min ağac əkmək təşəbbüsünə sevinclə qoşulub, 20 min 200 ağac əkilib

İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi çərçivəsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bir gün ərzində Respublika ərazisində 650 min ağac əkmək təşəbbüsünü irəli sürüb. Təşəbbüsə böyük sevinc və məsuliyyətlə qoşulan İsmayıllı sakinləri 20 min ədəd ağac əkməyi qərara alıb. Bu dəyərli, ekoloji tarazlığın yaradılması və möhkəmləndirilməsində çox əhəmiyyətli olan aksiyanın həyata keçirilməsi üçün bütün hazırlıq işləri vaxtında görülüb.
Bir ay öncədən ağacların əkilməsi üçün yerlər müəyyənləşdirilib, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 19000 tingin sifarişi verilərək ilkin hazırlıq işləri görülmüş və əkin işlərinə başlanılmışdır. Daha 1000 ədəd ting isə yerli imkanlar hesabına tədarük edilmişdir.
06 dekabr 2019-cu il tarixdə dövlət başçısının Sərəncamına, Birinci vitse-prezidentin təşəbbüsünə cavab olaraq İsmayıllı sakinləri mütəşəkkiliklə ağac əkininə çıxıblar. Aprel zəfər döyüşünə həsr olunmuş “Zəfər” parkında 700, Heydər Əliyev prospektində 300, Əbülhəsən Ələkbərzadə küçəsində 1200, və rayonun bütün kəndlərində, bələdiyyə ərazilərində çoxnövlü ağaclar əkilib. Bu nəcib təşəbbüs rayonun bütün idarə,müəssisə və təşkilatları, yerli icra və özünüidarəetmə strukturları, gənclər, ağsaqqallar, ümumi təhsil məktəbləri tərəfindən bəyənilib və həyata keçirilib. Nəticə olaraq rayon ərazisində 20000 ədəddən çox ağacın əkilməsi başa çatdırılıb. Əkilən ağaclar sırasında tut, qoz, fındıq, akasiya tingləri üstünlük təşkil edib.
Bundan əlavə İsmayıllı Rayon İcra Hakimiyyəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə razılığı əsasında İsmayıllıda olan meşə talalarında meşələrin bərpa olunması üçün plan hazırlanıb. Plana əsasən rayon ərazisində ağacəkmə kompaniyası davam edəcəkdir.
Eyni zamanda rayonda barama istehsalını inkişaf etdirmək və artırmaq üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 10000 ədəd tut tinginin də əkilməsi davam edir.

İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLİsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLİsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLİsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLİsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər