Onlar yenə deputat olmaq istəyir… – SİYAHI

dek-07
12:02 2019
V çağırış bəzi deputatlar 9 fevralda keçiriləcək növbədənkənar seçkiyə hazırlaşır, bəziləri partiyanın qərarını gözləyir – siyahı

9 fevral, 2020-ci il Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu barədə prezidentin sərəncamı var və artıq siyasi partiyalarda seçki hazırlığı, müzakirələri başlanıb, V çağırış bəzi deputatlar tərəfindən də hərəkətlənmələr var. Maraqlıdır, hansı deputat yenidən namizədliyini irəli sürəcək?

Bununla bağlı “Yeni Müsavat”ın sorğusunu cavablandıran Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirdi ki, namizədliyini irəli sürməyə hazırlaşır:

“Əlbəttə, seçkidə iştirak edəcəyik, partiyanın da qərarı var. Böyük ehtimal ki, 26 saylı Sabunçu Seçki Dairəsindən yenə namizəd olacağam”.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri deputat Asim Mollazadə bildirdi ki, bununla bağlı müzakirələr gedir və seçkidə hansı formada iştirak edəcəklərini ictimaiyyətə açıqlayacaqlar.

Onlar yenə deputat olmaq istəyir… – SİYAHI


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyevin sözlərinə görə, gələn həftə partiyanın Məclisinin qərarı olacaq: “Amma təbii ki, partiya varsa seçkidə iştirak mühümdür. Əksinə, seçkiyə getməmək absurddur. Ancaq mənim, yoxsa başqasının namizəd olacağı partiyanın Məclisində bilinəcək”.

Deputat Aqil Abbas üç dəfə Qarabağdan deputat seçildiyini yada saldı. Onun sözlərinə görə, camaatın rəyini öyrənib, ona uyğun addım atacaq: “Mən üç dəfə deputat seçilmişəm və demişəm ki, kim məni parlamentdə görmək istəyirsə ərizə versin. Bu dəfə də insanların rəyini öyrənəcəm, onlarla görüşəcəm. Əgər desələr ki, daha bəsdir, qoy təzəsi olsun, onda çıxıb evimə gedəcəyəm”.

Onlar yenə deputat olmaq istəyir… – SİYAHI


Deputat Çingiz Qənizadə də nöbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyi planlaşdırır: “Əgər seçicilərimin etimadını doğrultmuşamsa, məndən razıdırlarsa, müraciətlərinə laqeyd deyiləmsə, onda növbəti dəfə namizəd olmaq lazımdır. Hesab edirəm ki, onlar məndən, mən də onlardan razıyıq. Həmişə onların məsələlərini qaldırmışam, görüşlər keçirmişəm, problemlərinə biganə qalmamışam. Ona görə yenə eyni dairədən namizəd olacağam”.

Onlar yenə deputat olmaq istəyir… – SİYAHI


Deputat Vahid Əhmədov modern.az-a bildirib ki, hər bir vətəndaş, istər müxalifət, istər iqtidar nümayəndəsi olsun – seçkidə iştirak hüququndan istifadə etməlidir. V.Əhmədov demokratik seçkilərə şübhəsi olanlara Qubadakı seçkiləri müşahidə etməyi təklif edib.

Bu arada rəsmən buraxılan Milli Məclisin üzvləri qarşıdakı iki ay müddətində necə adlandırılmalıdır – deputat, yoxsa sabiq deputat?

Onlar yenə deputat olmaq istəyir… – SİYAHI


Çoxlarını bu sual düşündürür və hüquqşünas Əliməmməd Nuriyev modern.az-a deyib ki, onların səlahiyyətlərinin müəyyən bir qismi saxlanılıb: “Hələ ki mandatını itirməyiblər, yəni deputatlar fərdi qaydada arzu və istəkləri ilə istefa verməyiblər. İndiki halda hər biri deputat səlahiyyətinə malikdir. Hər hansı bir mövzu üçün deputata müraciət edilsə, yazıda ”V çağırış Milli Məclisin deputatı” kimi qeyd edilməlidir”.

Qeyd edək ki, Seçki Məcəlləsinə görə, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450-nin imzası toplanmalıdır. Maksimal hədd nəzərdə tutulmayıb.

Seçki qanunvericiliyinə görə, seçici imzalarını 18 yaşına çatmış aktiv seçki hüququ olan vətəndaş toplaya bilər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər