Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib

dek-07
09:51 2019
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar görülən tədbirlər çərçivəsində bir gün ərzində 650 min ağacın əkilməsi planlaşdırılmışdır. Azərbaycan tarixində ilk dəfədir ki, 1 gün ərzində bu qədər çox sayda ağac əkiləcək. Bu xeyirxah missiyaya ölkəmizdə fəaliyyət göstərən dövlət, qeyri-dövlət qurumlarının, diplomatik korpusların nümayəndələri və vətəndaşlarımız ruh yüksəkliyi ilə qoşulur. Aksiyanın Azərbaycanın xaricdə yerləşən səfirliklərinin ərazilərində də keçirilməsi Nəsiminin bir daha beynəlxalq aləmə tanıdılması imkanı yaradır.
Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə Ağsu rayon sakinləri də böyük həvəslə qoşulublar.
Nəsimi irsinin daha geniş təbliği, eyni zamanda, yaşıllıqların artırılması və ekoloji mühitin sağlamlaşdırılması məqsədi daşıyan bu nəcib və xeyirxah aksiyanın yüksək səviyyədə keçirilməsi məqsədilə ağac əkini üçün nəzərdə tutulan ərazi əvvəlcədən təmizlənib, hamarlanıb, cızlar çəkilib, çalalar qazılıb, əkinə tam hazır vəziyyətə gətirilib. Bu kampaniyada yüksək fəallıq göstərən rayon sakinləri tərəfindən dekabr 6-da Ülgüc kəndi yaxınlığında meşə fondu torpaqlarına aid 2 hektar ərazidə 4 min ədəd tut tingi, eləcə də Bakı-Şamaxı-Yevlax magistral yolunun rayon ərazisindən keçən hissəsində 1000 ədəd eldar şamı əkilib. Ağac əkilən ərazilərdə abadlıq-təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib və suvarılması həyata keçirilib.

Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilibMütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilibMütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər