“İlham Əliyevin yüksək reytinqinin olması bizə bu inamı verir ki...”

dek-06
13:17 2019
“Seçkinin keçirilməsini gözləyirik. Yeni Azərbaycan Partiyası olaraq biz seçkilərin keçirilməsində yaxından iştirak edəcəyik. Namizədlərimizi irəli sürəcəyik”

Bu sözləri Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi Əli Əhmədov bu gün keçirilən ağacəkmə aksiyasında jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, partiyanın sədri İlham Əliyevin Azərbaycanda kifayət qədər yüksək reytinqinin olması bizə bu inamı verir ki, qarşıdan gələn parlament seçkilərində Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlər Azərbaycan seçicilərinin böyük əksəriyyətinin rəğbətini və səsini qazanacaqlar, Yeni Azərbaycan Partiyası Azərbaycanın parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək:

“Hesab edirəm ki, ölkənin bütün vətəndaşları parlamentin vaxtından əvvəl buraxılması ilə əlaqədar YAP-ın təşəbbüsünü müsbət qiymətləndirirlər: “Beləliklə də, biz Prezident İlham Əliyevin həyata keçirdiyi geniş miqyaslı islahatlar kampaniyasına hakimiyyətin digər bir qolunun da qoşulmasının şahidi oluruq. Parlamentin də, qanunverici hakimiyyətin də islahatlar sferasına cəlb olunması bütövlükdə Azərbaycanda islahatların, yeniləşmənin daha böyük sürətlə və intensiv şəkildə həyata keçirilməsini təmin edəcək”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər