"Azərbaycan beynəlxalq təşkilatların donoru qismində 7 milyon dollar ayıracaq" — Samir Şərifov

dek-06
11:06 2019
"Prezident İlham Əliyevin tapşırığı ilə gələn il Azərbaycan bir sıra beynəlxalq təşkilatların donor ölkəsi olacaq".
“Report” xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Azərbaycanla Asiya İnkişaf Bankı (AİB) arasında əməkdaşlığın 20-ci il dönümünə həsr olunmuş tədbirdə deyib.
“Bu da Azərbaycanın beynəlxalq inkişafa töhfəsidir”, - deyən nazir Azərbaycanın AİB nəzdindəki Asiya İnkişaf Fondunda donor qismində iştirak edəcəyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, 2020-ci ilin dövlət büdcəsində üç beynəlxalq təşkilatda iştirak etmək üçün 7 milyon dollarlıq vəsait nəzərdə tutulur: “Avropa Yenidənqurma və İnkişaf Bankında iştirak etmək üçün 2 milyon dollar, Asiya İnkişaf Fondunda iştirak etmək üçün 2 milyon dollar, Beynəlxalq İnkişaf Assosiasiyasında iştirak etmək üçün isə 3 milyon dollar ayrılacaq”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər