Kürdəmir Rayon Sığırlı kəndində səyyar qəbul keçirilib

dek-05
14:05 2019
Dekabrın 5-də rayonun Sığırlı kəndində Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun növbəti səyyar qəbul-görüşü keçirilib.
Sığırlı kənd tam orta məktəbində keçirilən qəbulda rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Kənd sakinləri ilə görüşü giriş nitqi ilə açan Ceyhun Cəfərov ölkə Prezidentinin Sərəncam və tapşırıqlarına əsasən Kürdəmir rayonunda Asan Xidmət Mərkəzinin, 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksinin, “Azərxalça” ASC-nin Kürdəmir filialı üçün bina və digər sosial obyektlərinin tikildiyini bildirdi. Rayon rəhbəri qeyd etdi ki, bu layihələrin icrası nəticəsində yeni iş yerləri açılır, bu da rayon sakinlərinin məşğulluğunun artırılmasına xidmət edir.
Səyyar qəbulda sakinlərin elektrik enerjisi və qaz təchizatı, içməli və suvarma su təminatı, örüş və torpaq məsələləri, təhsil, səhiyyə və digər məsələlərin həlli ilə əlaqədar təklifləri və şikayətləri diqqətə çatdırılıb, onların hər biri barədə aidiyyəti təşkilatların rəhbərinə tapşırıqlar verilib, qaldırılmış məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapıb.
Sonda sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.


Kürdəmir Rayon Sığırlı kəndində səyyar qəbul keçirilibKürdəmir Rayon Sığırlı kəndində səyyar qəbul keçirilib

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər