“Son cinayət əməlim sən ola bilərsən” — Rəqsanə jurnalisti TƏHDİD ETDİ - FOTO

dek-05
12:43 2019
Müğənni Rəqsanə ilə jurnalist Ülviyyə Alovlu arasında qalmaqal daha da alovlanıb.
O, “İnstagram” hesabından Alovlunun "Bütün Bakı borca görə Rəqsanəni axtarır" sözünə cavab verib. Sənətçi jurnalistin onunla gündəmə gəlmək istədiyini bildirib.

“Bəziləri yenə alovlanıb. Deyəcəkdim, ərə get, sakitləş, amma onla əlaqəli deyil artıq. Biriləri uzun illərdir mətbuatda yoxdu, fəaliyyət sıfır, bilmir özünü necə gündəmə gətirsin. Yaddan çıxmısan, bilirəm. Amma mən sehirbaz deyiləm, səni heç mən də gündəmə gətirə bilmərəm.

Vaxtında səni alan olsaydı, Aysun boyda qızın olardı. Özünü uşağımla reklam edirsən. Birdə ki, Azərbaycanda o qədər peşəkar, savadlı media nümayəndələrimiz var ki, şükür Allaha ehtiyacımız olanda işimizi həvalə edə bilirik. Mən halal, əziyyətlə pul qazanıram, amma kimlərsə havayı pul almaq istəyirdi.
O ki qaldı yaşadığım villaya, Cenniferin evində olmağa nə lüzum var, başın çıxmayan internet dünyasında yaşayırıq. Xaricdəki jurnalistlər sənin kimi yatmayıb. Dünyaca məşhur birinin evinin dizaynını öyrənmək sən düşündüyündən daha asandır, vallah. Bir də ki, mənə cinayətkar deyirsən, ehtiyatlı ol, son cinayət əməlim sən ola bilərsən",- deyə ifaçı qeyd edib.

“Son cinayət əməlim sən ola bilərsən” — Rəqsanə jurnalisti TƏHDİD ETDİ - FOTO

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər