“Varlığı ilə yoxluğu bilinməyən bəzi deputatlar indi aktivləşib” — Bəhruz Quliyev

dek-05
11:54 2019
"Varlığı ilə yoxluğu bilinməyən, nə dövlətçilik məsələlərinə, nə cəmiyyətdə baş verən hadisələrə reaksiya verməyən Azərbaycan Respublikası Milli Məclisinin nişanın gəzdirən bəzi deputatlar indi aktivləşib".
Bunu “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib.
Onun sözlərinə görə, son vaxtlar maraqlı hadisələrin şahidi oluruq: “Mənim dostlarım inciməsinlər, bəzi nüansları səthi də olsa, deməliyəm. Təqribən 5 ilə yaxın zaman kəsiyində, varlığı ilə yoxluğu bilinməyən, nə dövlətçilik məsələlərinə, nə cəmiyyətdə baş verən hadisələrə reaksiya verməyən, münasibət bildirməyən sinəsində Azərbaycan Respublikası Milli Məclisinin nişanın gəzdirən bəzi deputatlar indi aktivləşib, müxtəlif məsələlərə münasibət bildirirlər. Görəsən nəyə görə? Yəqin onlar da anlayıblar ki, daha yatmaq vaxtı deyil. Aparılan islahatlara adekvat cavab verməyin, yeni çağrışlara qoşulmağın, inkişafa töhfə verməyin, yenilənməyin vaxtıdır. Amma çox gecdir, əziz dostlar. Məncə bəziləri razılaşmalıdır ki, qatar çox aralanıb, qaçmaqla çata bilməyəcəklər”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər