Ağsunun

iy-01
10:47 2019
Ağsu şəhərində 3 dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar görüş keçirilib

Ağsunun


Ağsu şəhərindəki Veteranlar evində keçirilən görüşdə əlilliyi olan şəxslərə hərtərəfli dövlət qayğısından danışılıb, bu gün Ağsu rayonunda 2733 nəfər tamamilə və qismən sağlamlığını itirən şəxsin olduğu qeyd olunub.
Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vahid Tağıyev ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlərdən söz açıb. Vurğulayıb ki, bu gün dövlət əlilliyi olan insanları çoxsaylı sosial proqramlara, o cümlədən sağlamlıq, reablitasiya, istirahət və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb edir. İstər paytaxda, istərsə də bölgələrdə yeni reablitasiya mərkəzləri istifadəyə verilib. Əlillərin ölkədə, eləcə də xaricdə müalicəsi xüsusi diqqətdə saxlanılır. Dövlət başçısının Sərəncamına əsasən əlillərin evlə təmin olunması istiqamətində də böyük işlər görülür. Əlil və şəhid ailəlləri üçün Ağsu rayonunda 50 ev tikilərək istifadəyə verilib. Bu evlərdən 26-sı Qarabağ müharibəsi əlilləri, 24-ü isə şəhid ailələri üçündür. Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarına əsasən əlilliyi olan şəxslərə ödənilən pensiya və müavinətlərin məbləği də hər il artırılır.
Tədbirdə çıxış edən Qarabağ müharibəsi əlilləri Allahverdi Qəmbərov, Kamil Səlimov, Asif Abuzərov onlara göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Həmçinin əlilliyi olan şəxslərin qayğıları dinlənilib. Sonda əlilliyi olan şəxslərə hədiyyələr verilib.

Ağsunun


Şər və Böhtan yazanlara tutarlı cavab - Ağsu rayon icra hakimiyyətinin başçısı Vahid Tağıyev haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Ağsu rayonunda, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Guya "Ağsunun yeni icra başçısı da xalqa gün ağlamır". Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Ağsu rayon icra hakimiyyətinin başçısı Vahid Tağıyevin fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .


Ağsu rayonuna gəldiyi gündən Vahid Tağıyevin icra başçısı vəzifəsini daşıdığı Ağsu rayonunda görülən işlərin siyahısına nəzər salanda isə Ağsu rayonunda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ağsu rayon icra hakimiyyətinin başçısı Vahid Tağıyevdir.

Bu gün ölkəmizin hər yerində geniş abadlıq-quruculuq işləri gedir. Bunun da nəticəsində respublikamızın bütün regionları gündən-günə öz simasını dəyişərək abad və gözəl şəhərə çevrilirlər. Bu müstəvidə Ağsu rayonunda da gedən abadlıq-quruculuq işlərinin geniş vüsət alması və bu çərçivədə şəhərimizin ən gözəl məkanlardan birinə çevrilməsi hamımızda qürur hissi doğurur.. Belə ki, şəhərin giriş hissəsindən başlayaraq çıxışına qədər hər yerdə geniş abadlıq-qüruculuq işləri aparılır. Ağsunun Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsində Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin əməyi böyükdür. Vahid müəllim rayonda aparılan abadlıq-quruculuq işlərini özünün xüsusi diqqət mərkəzində saxlayır.

Artıq hər kəsə məlumdur ki, dövlət başçısının həyata keçirdiyi sosialyönümlü iqtisadi siyasət və çevik islahatlar nəticəsində əldə olunan nailiyyətlər ölkəmizdə sosial dövlət modelinin uğurla reallaşdırılmasının fundamental əsaslarını formalaşdırıb. Azərbaycanda sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub və iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər əsasında yüksəldilməsini təmin etməkdədir. Bildirək ki, bu müsbət tendensiya Ağsu sakinlərinin sosial rifahında da özünü göstərir. Məhz elə bu səbəbdəndir ki, hazırda Ağsu rayonunda fərdi şəxsi hesab açdıran sığortaolunanların sayında artım tendensiyası müşahidə olunur. Bu isə işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsini təmin edəcək. Bundan başqa, əhalinin sosial müdafiəsi, aztəminatlı ailələrə qayğı göstərilməsi diqqətdə saxlanılan ən vacib məsələlərdən biridir, yaxın yaşayış məntəqələrinin hamısında əmək haqlarının, pensiya və müavinətlərin ödənişi plastik kartlarla keçirilir. Bundan əlavə, sosial vəziyyəti ağır olan insanlara fərdi ev tikmələri üçün sement, mişar daşı və digər tikinti materialları verilir. Bu qəbildən olan insanlar daim Ağsu Rayon İcra Hakimiyyətinin, əsasən də icra başçısı Vahid Tağıyevin diqqətindədir.

Məhz bütün bunlar bir daha onu deməyə əsas verir ki, Ağsu rayonu Vahid Tağıyevin rəhbərliyi altında bu gün uğurlu uğurlu iqtisadi inkişaf, mədəni yüksəliş dövrünü yaşamaqdadır.


Ağsu rayon icra hakimiyyətinin başçısı Vahid Tağıyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Vahid Tağıyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Vahid Tağıyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Ağsunun


Sorğu apardıq ağız dolusu Vahid Tağıyevdən danışdılar yaxşı ki, Vahid Tağıyev Ağsu rayon icra hakimiyyətinin başçısı təyin olunub… Vahid Tağıyev öz isguzarlığı ilə tanınır və seçilir….

Vahid Tağıyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Vahid Tağıyevi heç vaxt əqidəsindən döndərə bilməz.

Vahid Tağıyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Vahid Tağıyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Vahid Tağıyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Vahid Tağıyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Vahid Tağıyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Vahid Tağıyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Ağsu rayon icra hakimiyyətinin başçısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Vahid Tağıyev özünü doğruldub. Bizdə hörmətli Vahid Tağıyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


Ağsunun

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər