Hacıxanımın oğlu erməni ailəsinə övladlığa verilib — ACI HƏQİQƏT ÜZƏ ÇIXDI - VİDEO

dek-04
11:22 2019
Azərbaycanlı qadının oğlu erməni ailəsinə tərəfindən övladlığa götürülüb.
Baku.ws xəbər verir ki, 66 yaşlı Qəndab adlı hacıxanımın 1968-ci ildə dünyaya gətirdiyi Eldəniz Məmmədov Famil oğlu Ermənistanda yaşayır.

1967-ci ildə Hacıxanım Qəndab 15 yaşında olarkən evlənmək məqsədilə qaçırılıb. Nikah yaşına çatmayan qızla ilə cinsi əlaqəyə girdiyinə görə həmin şəxs həbs olunur və Qəndab ata evinə qaytarılır. Lakin sonra onun hamilə olduğu məlum olur və 1968-ci ildə oğlu Məmmədov Eldəniz Famil oğlu doğulur.

Qəndabın ailəsi bu uşağı qəbul etmir və uşaq evinə verilir. 1972-ci ildə Eldənizin 4 yaşı olarkən erməni ailəsinə övladlığa verilir. 1982-ci ildə ailə Eldənizə erməni övladı olmadığını bildirir və gecə ilə onunla birlikdə Ermənistana köçürlər.
Oğlundan xəbərsiz olan Qəndab xanım bir müddətdən sonra ailə qurur. Lakin bir daha ana ola bilmir. Həyat yoldaşının razılığı ilə övladlığa uşaq götürürlər. Buna baxmayaraq öz doğma oğlunu axtarır. Bu axtarış illərlə davam etsə də heç bir nəticə vermir.

Hacıxanım Qəndab sonda oğlunun axtarışını "Səni axtarıram" proqramına həvalə edir və acı həqiqət üzə çıxır...

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər