İraqda etirazların iki ayı ərzində 400-dən çox insan həlak olub

dek-04
09:08 2019
İraqda oktyabrın əvvəlindən davam edən etirazların gedişatında 400-dən çox insan həlak olub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında baş katibin bu ölkə üzrə xüsusi nümayəndəsi Janin Hennis-Plasshart bildirib.

Onun sözlərinə görə, aksiyalar zamanı 19000-dən çox insan xəsarət alıb.

“Oktyabrın başlanğıcından 400-dən çox insan öldürülüb və 1900-dən çox insan xəsarət alıb”, – deyə Hennis-Plasshart bildirib.

Nümayəndə qeyd edib ki, qətllərə və dinc asayişçilərin şikəst edilmələrinə bəraət qazandırmaq olmaz.

Hennis-Plasshartın sözlərinə görə, BMT-nin müşahidələrinə əsasən İraqda əvvəlki kimi aksiyaçıları güllələyir, gözyaşardıcı qazdan təyinatı üzrə istifadə etmirlər, bu da əlilliyə və ya ölümlərə səbəb olur.

“Həbslər, saxlanılmalar oğurluqlar, təhdidlər və qorxutmalar kimi davam edir”, – o qeyd edib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər