Neft Daşlarında dalğanın hündürlüyü 3,8 metrə çatıb

dek-02
13:08 2019
Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki havanı açıqlayıb.

Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, 2 dekabr saat 13:00-a olan məlumatına əsasən ölkə ərazisində səhər saatlarından başlayaraq hava dəyişib, qeyri-sabit keçib, bəzi yerlərdə şimal-qərb küləyi güclənib, əksər rayonlarda yağış, dağlıq ərazilərdə ( Şahdağ, Qırız) qar yağıb. Şimal qərb küləyi arabir Naftalanda 38 m/s, Bakıda 34 m/s, Daşkəsən, Pirallahı, Mingəçevirdə 26 m/s, Maştağa, Tərtərdə 25 m/s, Xınalıqda 24 m/s, Nabranda 20 m/s, Bərdədə 18 m/s, Xaçmazda 16 m/s, Şəmkirdə 15 m/s- dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,8 metrə çatıb.

Sarıbaş (Qax), Xınalıq, Gədəbəy, Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Quba, Qusarda yağış yağıb.

Qeyd: Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti dekabrın 3-ü səhərədək davam edəcək. Dekabrın 3-ü gündüz hava əsasən yağmursuz keçəcək, mülayim cənub küləyi əsəcək.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər